Şəmkir rayon Polis Şöbəsinin post-patrul bölüyünün komandiri vəzifəsindən azad edilib.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Bayram İsmayılov Şəmkir rayon Polis Şöbəsinin post-patrul bölüyünün komandiri vəzifəsindən azad olunub. Digər əmrlə ona həmin şöbənin xidmət üzrə rəis müavini vəzifəsi verilib.