Axtarış...

Professor məcburi köçkün statusunu nece alıb?.. - Belə də olurmuş...

Professor məcburi köçkün statusunu nece alıb?.. - Belə də olurmuş...

Bir müddət öncə Ağdam rayonu Eyvazlı kənd sakini, (hazırda Şuşa rayonu xəlifəli kənd sakini) ADPU Ağcabədi filialında direktor müavini işləyən Seymur Elman oğlu Süleymanov haqqında ilginc məlumatlar yayılıb.

Jurnalist Bəxşeyiş Qarabağlı professorun Ağdamın işğal altında olmayan Eyvazlı kənd sakini olduğu halda necə Şuşa qeydiyyatına düşdüyü və necə məcburi köçkün statusu daşıdığı barədə məlumat əldə etmək üçün Seymur Süleymanovla görüşüb.

Lakin qarşı tərəfdən məsələ ilə bağlı heç bir məlumat veilməyib.

Məsələ ictimailəşdirildikdən sonra, bir çox tanınmış insanlar sözü gedən məsələnin araşdırılmaması üçün dəfələrlə media rəhbərlərinə xahiş ediblər.

Bir neçə gün keçdikdə professor haqqında araşdırılmanın dayanmadığını görərək məsələyə aydınlıq gətirəcəyini deyərək media nümayəndələri ilə görüş təyin edib.

Kafelərin birində görüşə çağrılan jurnalist Bəxşeyiş Qarabağlı burada professorla və özünü media işçisi kimi təqdim edən Ərəstun adlı şəxslə görüşüb.

Söhbət zamanı professor Seymur Süleymanov Şuşa vətəndaşlığını necə aldığını və necə məcburi köçkün statusu daşıdığını
illərlə məcburi köçkün ailəsi olaraq dövlətin yardım və imtiyazlarından necə yararlanması haqqında bilgi verilməyib.

Əvəzində Ərəstun deyilən şəxsin iştırakı ilə zərf təqdim edilmiş, soruşduqda nədir bildirmişlər ki, 500 azn puldur.

Lakin media rəhbəri bu rüşvəti almamış, rüşvət təklif edərək təhqir edildiyini bildirmişdir.

Jurnalistin araşdırmasına müdaxilə edərək ona hazırladığı materialı silmək qarşılığında rüşvət təklif edən, jurnalistin peşəsinə sadiq qalaraq rüşvəti almadığını görərək professor Seymur Süleymanov iftira dolu ittihamlarla məhkəməyə müraciət edib.

Özünü professor kimi təqdim edən şəxs hələ də qanunda “Şər” sözünün olmadığını necə bilməyə bilər?!

Görünür ki, professor hələ də anlamayıb ki, məhkəməyə yalan məlumat verməyin özü bir cinayətdir.

Seymur Süleymanov Məhkəməyə verdiyi jurnalistin rəhbərlik etdiyi xəbər portalının adını bilmədən, tamamilə başqa bir portal adları yazaraq şikayət ərizəsi yazan professor məgər dövlətin qanunlarına heçmi nəzər salmayıb?

Hiss olunur ki, emosional yazıblar.

Qanunda termin olaraq ifadə edilən böhtan sözü ilə ürəkləri soyumayıb, əvvəlinə böyük bir şər sözü də əlavə ediblər.

Elə buradan hiss olunur kimin şərə daha çox meylli olduğu.

İnanırıq ki, ölkədə jurnalistin azad fəaliyyətinə mane olan belə şəxslər elə müraciət etdikləri məhkəmə prosesində mühakimə olunaraq xeyli maariflənəcək, həmçinin qanunun aliliyi qarşısında bir daha şərə meyl etməyəcəkdir

Nəzərinizə çatdıraq ki, faktaz.com xəbər portalı Seymur Süleymanov haqqında dərc etdiyi məqalədə Süleymanovun yaxın qohumunun Qaçqınkom-da işlədiyi bildirilir.

Hazırda Seymur Süleymanov elmi dərəcəni necə müdafiə etdiyi və kimlərin hesabına elmi dərəcə alması araşdırılır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… //aktualxeber.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz