Axtarış...

“Görüşün nəticələri yaxşı olacaq, çox gözləmək lazım gəlməyəcək” - Prezident

“Görüşün nəticələri yaxşı olacaq, çox gözləmək lazım gəlməyəcək” - Prezident


“Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır”.

Bu fikri Prezident İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatından səsləndirib.

O qeyd edib ki, Azərbaycanla Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən, ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır:

“Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz