Axtarış...

Namiq Xıdırovun əcaib-qəraib İŞLƏRİ... - İDDİA

Namiq Xıdırovun əcaib-qəraib İŞLƏRİ... - İDDİA

Ekologiya Nazirliyinin Meşə Xidmətində baş verən gülməli hadisələr barədə danışaq və bəlkə də birlikdə cavab tapa bildik. Ölkədə 10 ildən artıq əmlak satışının rəhbəri olmuş Moxuma Heracıyev və onun komandası necə oldu ki, vəzifəsindən qovulandan sonra Ekologiya Nazirliyində yuva qurdu, məhz Meşələrin İnkişafı Xidmətində ? Niyə nazirliyin başqa qurumlarında yox, məhz Meşələrin İnkişafı Xidmətində. Maraqlı deyilmi ? Əlbəttdə maraqlıdır. Meşə mühafizə şöbəsinin müdiri təyin olunan Moxuma müəllim və baş hüquqşunas təyin olunan Ülvi müəllim çox keçmir ki, Lənkəranda qırılan meşəyə görə hiylə işlədib Namiq Xıdırovun dostu Mehman Səfəronun işdən qovulmasını həyata keçirdilər. Moxuma dərhal Mehmanın yerinə Xidmət müavini təyin olundu Ülvi isə şöbə müdiri vəzifəsinə. Beləliklə Namiq Xıdırovu təkləmə əməliyatını həyata keçirə bildilər. Sual olunur: Lənkəranda meşənin qırılmasına görə verilən müqavilədən və onun şərtlərində Moxuma müəllimin meşə mühafizə şöbəsinin müdiri kimi, Ülvi müəllimim baş hüquqşünas kimi müəlimatı və ya xəbəri yox idi?. O zaman onlar da bu işə görə işdən qovulmalı idilər. Meşənin mühafizəsinə birbaşa cababdeh olan Moxuma müəllim isə əksinə xidmət rəisinin müavini Ülvi müəllim isə şöbə müdiri təyin olundular. Maraqlı deyilmi ? Əlbəttdə maraqlıdı.
İndi də Moxuma müəllim tezliklə Meşələrim İnkişafı xidmətimin rəisi Ülvi müəllim isə onun müavini olmağa hazırlaşırlar. “ Uşaqda fərasətə bax e “ İqtisadiyyat nazirliyindən qovulasan , meşədə bitən ağacların növünü tanımayasan amma Ekologiya nazirliyində iki pillə qabağa tullanasan. Maraqlı deyilmi ? Əlbəttdə maraqlıdı.
Moxuma müəllimlə Ülvi müəllim Abşeronda Qubada Qusarda Qəbələdə İsmayillida Xızıda və digər bölgələrdə meşə fondunun özəlləşməsinə dair müxtəlif insanlara çoxlu sayda kupçalar veriblər. Bu işdə onların böyük sərişdəsi var. Ekologoya Nazirliyi istəsə bir neçə günün içində bunları araşdırar. Sual olunur: bütün bunlar məqsədli deyilsə o zaman ilin-günün bu vaxtında hardan bu dostların, Namiq Xıdırovun, Mehman Səfərovun, Moxuma Heracıyevin, Ülvi müəllimin yadına meşə düşdü ?
Necə oldu ki, bunlar başqa nazirliklərdən qovuldular və gəlib doluşdular Meşələrin İnkişafı Xidmətinin rəhbərliyinə ? Sual olunur: hansı bilik və bacarıqlarına görə hansı xidmətlərinə görə ?
Maraqlı deyilmi ? Əlbətdə Maraqlıdı .
Bunlar hansı nəzəri və praktik bilikləri ilə az meşəli ölkə olan Azərbaycanın meşələrini inkişaf etdirəcəklər ?
Maraqlı deyilmi ? Əlbətdə maraqlıdı .
Bu qəhrəmanlar nə etdilər; Şabran, Sabirabad, Göygöl, Lənkəran meşə idarələrinin müdirlərin işdən çıxarıb yerinə baytar həkim,idman müəllimi, hərbiçi və s adamları təyin etdilər. O direktorları işdən çıxardılar ki, onlar Rusiyada təhsil almış mühəndislərdi. Sual olunur: niyə ? Ona görə ki, mühəndis-mütəxəssis onların etdiyi özbaşınalığa sula bilməzdi. İndi isə hər hansı bir jurnalist meşə təsərrüfatına dair 10 sual hazırlayıb təyin olunan o direktorlara versə 9 səf cavab alacaq .
Maraqlı deyilmi ? Əlbətdə maraqlıdı .
İndi də Namiq Xıdırov direktorlara tapşırıq verir, qırma sahəsi ayrılır bir gün ərzində güya, sənədlər xidmətə daxil olur və xidmətin məktubu əsasında həmin sahənin qırılmasına məktubla icazə verilir. Sual olunur: Namiq Xıdırov Moxuma Heracıyev qırma sahəsinin necə olduğunu və ya nə olduğunu bilirmi ?
Maraqlı deyilmi ? Əlbətdə maraqlıdı.
Onlardan bunu soruşan olsa deyəcəklər ki, meşə mühəndislərindən hər şeyi çox bilirlər.
Belə bir məsəl var: "Utanmasan oynamağa nə var ki".
Faktlarla bağlı ardı olacaq .

Qarşı tərəfindən də mövqeyin dinləməyə hazırıq //azinfo.tv//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz