Vaxtilə sabiq səhiyyə naziri Əli İnsanovun sevgisini qazanıb Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olan, sonra nazir Oqtay Şirəliyevin sevimlisinə çevrilib daha böyük vəzifəyə - Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunan Sara Həsənova barəsində ölkə mətbuatında çox yazılıb.
Onu da qeyd edək ki, Sara Həsənova hazırda daha böyük vəzifədə - Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsində çalışır.
Gəlin, sonuncu cümlədən başlayaq.
Yəni rəsmi olaraq GEM Səhiyyə nazirliyinin tabeçiliyindədir və Sara Həsənova nazir əvəzi Teymur Musayevə tabedir. Amma...
Deməli, media sorğularına, telefon zənglərinə cavab olaraq nazirlikdən bildirilir ki, GEM müstəqil qurumdur və Sara Həsənova bizə tabe deyil.
Cənablar, belə dərəbəylik olmaz, bu necə idarəetmədir, Sara Həsənova kimdir ki, ona bu dərəcədə “volya” verilib.
İndi isə Saranın keçmişinə az da olsa nəzər salaq.
Deməli, Sara Həsənova respublikada SKM rəisi olarkən 3 ayda respublika ərazisinə məhsul gətirən sahibkarlara 4006 ədəd gigiyenik sertifikat verib və hərəsindən neçə min pul alıb.
Təsəvvür edirsiniz hər aya təxminən 1335, hər günə 44 sertifikat...İndi bazar, şənbə və bayram günlərini çıxın və...
Görün Sara Həsənova 1 gündə nə qədər sertifikat paylayıb. Bu, ümumiyyətlə, fiziki cəhətdən mümkün deyil. Çünki hər məhsul laboratoriyada analizdən keçməli, keyfiyyəti bəlli olmalı və s.
Deməli, Sara Həsənova sadəcə sertifikatları baha qiymətə satıb və sahibkarların gömrükdən keçməsinə yaşıl işıq yandırıb. Və bunun nəticəsidir ki, ölkəmizə keyfiyyətsiz qidalar, vaxtı keçmiş un məhsulları, hətta Saranın sayəsində Çindən sintetik-kimyəvi düyülər gətirilib. Sonra da deyirik ki, ölkədə bu qədər xəstə olar...
Sara Həsənova təkcə sertifikat satmaqla məşğul olmayıb.
Sara Həsənova SKM-ə rəis təyin olunan kimi mühasibləri, təsərrüfat müdirini və digər vəzifəli şəxsləri dəyişib. Və 300-400 manat maaş alan işçilərə 3000-4000 manat, hətta katibəsinə 2500 manat mükafat yazıb.
Dünyada belə qanunsuzluğun, cinayətin analoqu ola bilməz ee...
İndi bildinizmi, bu Sara, o sellər aparan Saradan deyil ee, bunu sel, tufan apara bilməz. Buna zəlzələ-zad lazımdır..
Sonradan GEM-in direktoru olan Sara Həsənova daha böyük cinayətlərə imza atıb.
Sara Həsənova təkcə təmizlik-gigiyena işlərinə baxmır e,
ictimai-iaşə obyektlərinə, ölkəyə gətirilən mineral sulara, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir.
Bəli, tikinti-inşaat…
Yəqin ki, 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın çoxlarının yadındadır. Həmin faciədən sonra Bakıda tikintidə geniş istifadə edilən poliuretan örtüklər qadağan edildi. Və binaların çoxundan yığışdırıldı.
Həmin poliuretan örtüklərin Azərbaycanda tikintidə istifadəsinə kim icazə vermişdi ?
Əlbəttə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin o zamankı direktoru həmin inşaat materialına keyfiyyət sertifikatı vermişdi.
İndi aydın oldumu Gigiyena və Epidemiologiya Mərkəzi düşündüyümüz kimi təkcə “siçan-pişik” idarəsi deyil, Sara Həsənovanın əlində böyük imkanlar var.
Sara Həsənova GEM-in hesabına milyonlar qazanıb, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə bahalı içkilərdir.
Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Milyonların azlıq etdiyi Sara Həsənova hətta karantin dövründə də qazanmağından qalmır.
Bəli, özünüz düşünün, karantin dövründə gigiyena qaydalarının pozulduğu iaşə müəssələrinə sertifikatları kim verir?
Əlbəttə, Sara Həsənova.
Sara Həsənova həm də saxta tenderlərdən milyonlar qazanır. Həmin saxta tenderlərin siyahısı o qədər uzundur ki, bir hissəsini təqdim edirik.
1. Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatının (SERP) modullarına illik texniki xidmət üzrə keçirilən açıq tender üzrə “SİNAM” MMC qalib gəlmiş və onunla 05 İYUL .2021-ci satinalma müqaviləsi baglanmışdır.
2. “Sürtkü materiallarının alinması” maddəsi üzrə keçirilən katirovka üzrə “FƏRZƏLİYEV SABİR TƏVƏL oğlu” MMC qalib gəlmiş və onunla 08.06.2021-ci satinalma müqaviləsi baglanmışdır.
3. Mətbəə məhsullarının çap olunması üçün katirovka keçirilmiş və “LİNKİN PRO” MMC ilə 17 iyun 2021-ci il tarixdə müqavilə bağlanmışdır.
Reyestr məlumatlarından bəlli olur ki, MMC yanvar ayında dövlət qeydiyyatına alınsa da iyun ayında satınalmalarda iştirak edib. Bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.
4. Tibbi tullantılarin daşınması və idarə olunması həyata keçirtmək üçün katirovka keçirilmiş və “Kaspian Logistik Qrup” MMC ilə 04 iyun 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd edək ki, bu MMC-nin VÖEN-i belə yanlışdır.
Təsəvvür edirsiniz, Sara Həsənova Dəftərxana və təsərrüfat xərcləri üçün 150 min 347 manat 85 qəpik pul xərcləyib.
Avtomobil sürtkü materialları üçün 51 887.55 manat xərcləyib.
Sara Həsənova Allah qoymasa, avtomobil üçün ehtiyyat hissələri almağa 140 min 515 manat 58 qəpik xərcləyib.
Həə, necə deyərlər bu yerdə Kərəmi nə tutur..?
Ay Sara, sən avtomobil hissələrinə bu qədər pul xərcləmisənsə, niyə GEM-in maşınlarının təkərləri “keçəl”dir ?
Təkərlər “keçəl” olduğu üçün dəfələrlə GEM-in sürücüləri qəza vəziyyətinə düşüb.
Qaraj müdiri Yaşar müəllim buna etiraz etdiyi üçün dəfələrlə Sara onu kabinetinə çağırıb danlayıb, işdən çıxmasını tələb edib. Axırda yazıq Yaşar müəllimin kabinetində ürəyi partlayaraq ölüb.
Bəli, Sara Həsənova GEM üçün alınan təzə təkərləri, ehtiyyat hissələrinə satır. Sürücülər də buna etiraz edəndə işdən qovur. Hətta bu yaxınlarda avtomobilin nasazlığı ucbatından sürücülərdən biri qəzaya uğrayaraq xəstəxanalıq olmuşdu. Və Saranın rəfiqəsi Ülkər konfet, pay-püş alaraq sürücünü yoluxmağa getmişdi.
Yəqin oxucular üçün də Ülkərin kimliyi maraqlı olar.
Ülkər Məmmədova əvvəllər Sumqayıtda bağça müdirəsi olub, Nəsimi rayonunda da işləyib. Hazırda GEM-də kadrlar şöbəsinin müdiridir.
Ümumiyyətlə, Sara Həsənovanın xanım və kişi dostları az deyil. Sara ilə Ülkərin yaxın rəfiqələrindən biri də Səbail RİH başçısının keçmiş müavini Xalidə Bayramovadır.
Sara Həsənova tez-tez Nəsimi RİH-nin başçısı Asif müəllimi də gedib yoluxur.
Amma bütün bunlara baxmayaraq Sara Həsənovanın başçılıq etdiyi kollektivdə zərrə qədər hörməti yoxdur. O da kollektivdəki xanımlarla kobud davranır, tez-tez ironiya ilə “aftafalarınızı yığışdırın” deyir.
Sara Həsənovanın həkimlərin yerini dəyişmək üçün 5 min manat istəməsi, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif müəllimin yanına tez-tez getməsi, mühasibləri tez-tez dəyişməsi, yeni firmalar açıb dövlət pulunu mənimsəməsi, içki məsələsi, hətta Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın qohumu olmasına və digər maraqlı mövzulara növbəti yazıda toxunacağıq.
Bizi izləyin. //gundelik-baku.com//