Axtarış...

Binəqədidə məmur saxlanıldı

Binəqədidə məmur saxlanıldı

Xatırladaq ki, 2018-ci ilin noyabrında Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov vəzifəsindən azad olunraq həmin vəzifəyə Elmin Zamanov təyin edilib. O, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin təqdimatı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən əmrə əsasən bu vəzifəyə təyin olunub. E.Zamanov bu təyinatadək 9 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub. Binəqədi Rayon MKTB 61700 nəfərə xidmət etməklə ərazisi 6, 7, 8, 9-cu mikrorayonları, Naxçıvani küçəsini, Dərnəgül yaşayış massivini, Biləcəri və Binəqədi qəsəbəsinin məhdud sahəsini əhatə edir.

Rayon sakinləri daim bu qurumdan narazılıq edirlər. Elmin Zamanov öz işindən başqa nə ilə desən məşğul olur. Elə bu yaxınlarda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması da buna görədir. İcra başçısının müdaxiləsindən sonra sərbəst buraxılan E. Zamanov öz qanunsuz əməllərini yenə də davam etdirir. Aktualxeber.az-a həmin saxlanılmanın detalları barədə təfsilatlı məlumat daxil olubdur. Bəzi dəqiqləşdirmələrdən sonra daha geniş məqaləni oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Aktualxeber.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz