Axtarış...

Lotu Quli və “Masallı Mamed“ sabiq icra başçısının oğrlanan oğlunu necə azad ediblər?

Lotu Quli və “Masallı Mamed“ sabiq icra başçısının oğrlanan oğlunu necə azad ediblər?

1995-ci ilin əvvələrində, ictimai-siyasi baxımdan gərgin günlərdə, ölkədə kriminogen durumun nəzarətdən çıxmış olduğu dönəmdə Bakıda fövqəladə hadisə baş verir.

Həmin cinayət bu gün də baş versəydi, ajiotaj yaradardı. Söhbət adam oğurluğundan gedir.

Millitv.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, oğurlanan şəxs o zaman Lənkəranın icra başçısı olmuş Dilrubə Camalovanın oğlu, 30 yaşlı həkim Rəşad Talışinski idi. Burun-boğaz həkimini günün günorta çağı oğurlayanlar heç də onun qazandıqlarını ələ keçirməyi hədəfləməmişdilər. Oğrular onun anasının icra başçısı olmasından xəbərdar idilər.

Maraqlıdır ki, həkimi sırf kriminal aləmin üzvləri azad edərək anasının yanına qaytarıblar. Hadisənin xroniki ardıcıllığı belədir:

Rəşad Talışinski girov götürüldükdən sonra onun hansı cinayətkar qrup tərəfindən aparıldığı bilinməyib. İlk ona görə ki, "qanuni oğru"lar adam oğurluğunu yol verilən cinayət növü saymırlar. Bir növ "haram" buyurublar. Buna görə də onun hansısa "qanuni oğru"nun rəhbəri olduğu qruplaşma tərəfindən götürülmədiyi bəlli olub.

Bu zaman ortaya sual çıxıb: Bəs onda həkimi kim aparıb?

Bu oğurluğun kriminal dünyadan uzaq olan cinayət qruplaşması tərəfindən həyata keçirildiyi məlum olub. Həmin vaxt rəsmən axtarışda olan "Lotu Quli" (Nadir Səlifov) bu məsələyə müdaxilə edib. Öz kanalları ilə Rəşad həkimi kimlərin apardığını, onların yüz min dollar qarşılığında gənc həkimi azad edəcəklərini öyrənib.

Nadir Səlifov məsələ ilə bağlı tanınmış qanuni oğru "Masallı Mamed"lə görüşüb və hadisəni ona danışıb. O, hadisədən Lotu Ənvərin azad olunması üçün yararlanmağın vacib olduğunu bildirib. Mamed Qulinin təklifini müsbət qarşılayıb.

Onların adamları Lənkərana gedərək icra başçısı Dilrubə Camalova ilə görüşüblər. İcra başçısına bildiriblər ki, oğlunun azad olunması üçün yüz min dollar tələb olunur və bundan başqa Lotu Ənvər də həbsdən azad edilməlidir.

Dilrubə Camalova şərtləri qəbul edərək Ənvərin həbsxanadan çıxarılıb Lənkərana gətirilməsini təmin edib. Onların tələb etdiyi yüz min dollar qadın icra başçısı tərəfindən ödənildikdən sonra, 15 gün girov saxlanılan həkim oğlu anasının yanına qayıdıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz