Axtarış...

“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi

“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi

Nijnevartovsk bazarlarına nəzarət uğrunda kriminal qruplaşmalar arasındakı mübarizə sui-qəsdlə yekunlaşıb.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, buradakı bazarları ələ keçirməyə çalışan azərbaycanlı "qanuni oğru” Nadir Səlifov (Quli) yerli avtoritetlərlə məsələni həll etməsi üçün şəhərə nümayəndəsini göndərib. "Lotu Quli” ilk növbədə "Sibir balaqanı” yarmarkasına və mərkəzi bazarın bir hissəsinə iddialı olub.

Ancaq danışıqlar uğursuzluqla nəticələnib və yerli kriminal avtoritetlərdən biri yaralanıb. Daha sonra milis əməkdaşları Xüsusi Təyinatlı Çevik Dəstə ilə birlikdə nijnevartovsklu avtoriteti yaralayanı yaxalayıblar. Şübhəlilərdən ikisi Kaspiyskdə, biri isə Moskvada tutulub. Onlar hazırda Nijnevartovsk şəhərinə aparılıblar. Cinayətkarlara qarşı "adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi açılıb.

Güc strukturlarındakı mənbələr Qulinin Nijnevartovsk bazar biznesinə nəzarət uğrunda ilk cəhdinin uğursuz olduğunu, lakin tezliklə "ikinci dalğa”nın olacağını proqnoz ediblər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz