Hər birimizə məlumdur ki, zaman-zaman Prezident İlham Əliyev ölkənin dinamik inkişafı, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində zəruri olan siayasi addımları atıb. Vəzifəyə təyin etdiyi İcra Başçılarından və vəzifədə olan məmrlardan hər zaman xalqa xidmət etmələrini tələb edib. Ölkə Prezidenti hətta çıxışlarında belə məmurlara sərt mesajlar verməklə onlara ciddi xəbərdarlıq edir. Həmçinin Prezident İlham Əliyev vətəndaşlara və media-mətbuata çağırış edərək ölkədə ictimai nəzarətin gücləndirilməsini bildirir. Rüşvətxor məmurlara qarşı da ölkədə çox ciddi mübarizəyə start verilib. Görülən tədbirlər nəticəsində bir çox rayonların icra başçıları və vəzifəli şəxsləri həbs olundular.
Lakin görünən odur ki, ölkə Prezidentinin müvafiq tapşırığına əsasən ölkədə aparılan bu mübarizədən, yəni korrupsioner icra başçılarının və vəzifəli şəxslərinin həbslərindən hələ də nəticə çıxarmayan icra başçıları və vəzifəli şəxsləri var. Ötən gündən başlayaraq ÜmidTv Azərbaycan kanalı tərəfindən Sabunçu rayonu ərazisində məlumat və müraciətlər əsasında aparılan araşdırmaların bir hissəsi artıq yayımlanmaqla ictimaiyyətə təqdim olunub. Məlumat və müraciətlərdə əsasən Sabunçu rayon İcra Başçısı Adil Vəliyevin bu rayonu necə talaması, hansı qaydada milyonlarına milyonlar qatması, sakinlər üçün deyil, başçının yalnız özü və ətrafı üçün işləməsi iddia olunurdu. Sabunçu rayonunda media təhqiqatı apardığımız zaman iddia olunan məlumatların viziuaal olaraq həqiqətə uyğun olduğunu gördük. Rəsmi araşdırmanın başlanılması üçün aidiyyatı təşkilatları ictimai yayım qaydasında məlumatlandırdıq. Yekun hesabatımızı isə araşdırma tam bitikdən sonra rəsmi olaraq aidiyyatı üzrə təqdim edəcəyik.
İndi isə keçək əsas məsələyə. Sən demə Sabunçu rayon İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərinin verdiyi imkanlar təkcə Başçı Adil Vəliyevə xidmət etmirmiş. Bu rayonun İcra Hakimiyyətində vəzifə imkanları həm də Başçının Birinci müavini Güloğlan Məmmədova da milyonlar qazandırıb. Faktlardan belə görünür ki, Sabunçu rayonunun rəsmiləri vəzifə imkanlarından Sabunçu sakinləri üçün deyil, yalnız özlərinin varidatlarını artırmaq üçün istifadə ediblər.
Növbəti yazımızda İcra Başçısı Adil Vəliyevin milyardlıq mülklərinin siyahısını təqdim eəcəyik. Gəlin siz dəyərli oxucularla birlikdə ilk öncə İcra Başçısı Adil Vəliyevin Birinci müavini Güloğlan Məmmədovun yaxın qohumlarının adına olan milyonluq mülklərinin siyahısına baxış keçirək.
Sabunçu rayon İcra Hakkimiyyəti Başçısının Birinci müavini Məmmədov Güloğlan Məmməd oğlunun öz adına deyil, yaxın qohumlarının (oğlu və qızı) adlarına rəsmiləşən mülklərin SİYAHISI:
Bakı şəhəri, Bakıxanov qəsəbəsində xüsusi mülkiyyət hüququ ilə 0,0942 ha torpaq sahəsi 19.05.2020-ci il tarixdə Bayramova Ramilə Güloğlan qızının adına hüquqi qeydiyyatdadır.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 102 saylı sahə, 0.1387 hektar əmlak növü torpaq olmaqla xüsusi mülkiyyət hüququ ilə, 17.05.2021-ci il tarixdə Məmmədov Maqsud Güloğlan oğlunun adına hüquqi qeydiyyatdadır.
Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 510 ünvanında dövlət mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0.027340 hektar, daşınmaz əmlakın ümumi sahəsi 452.36 kv/m olmaqla istiafadə adı ilə qeyri yaşayış binası, 02.09.2021-ci il tarixdə Məmmədov Maqsud Güloğlan oğlunun adına hüquqi qeydiyyatdadır.
Bakı şəhəri, Nəsimi rayonu, Rəşid behbudov küçəsi, b, 60, 386-cı məhəllə ünvanında xüsusi mülkiyyət hüququ ilə 178.60 kv/m qeyri yaşayış sahəsi 19.08.2020-ci il tarixdə Məmmədov Maqsud Güloğlan oğlunun adına hüquqi qeydiyyatdadır.
Bakı .əhəri Xəzər rayonu, Mərdəkn qəsəbəsi, 28 may küçəsi, 2/36 ünvanında dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən, 369 kv/m fərdi yaşayış evi Məmmədov Maqsud Güloğlan oğlunun adına 16.10.2019-cu il tarixdə hüquqi qeydiyyatdadır.
Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.15 ha torpaq sahəsində oln 170.20 kv/m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 01.09.2020-ci il tarixdın Məmmədov Maqsud Güloğlan oğlunun adına hüquqi qeydiyyatdadır.
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 11 ünvanında yerləşən dövlət mülkiyyətində olan 165.50 kv/m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Məmmədov Maqsud Güloğlan oğlunun adına hüquqi qeydiyyatdadır.
Etibarlı mənbənin iddia olunan məlumatına görə Birincimüavinə aid olan Sabunşu qəsəbəsi, Anaşkin adlanan ərazidə müxtəlif yerlərdə sənədsiz torpaq sahələri, fərdi yaşayış evləri mövcuddur, hətta hazırda Anaşkin adlanan ərazidə müahidə etdiyimiz dəmdəsgahlı fərdi yaşayış evinin tikintisi davam edir.
Bundan başqa, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hazırda fəaliyyət göstərən geniş bir ərazini əhatə edən qeyri yaşayış sahəsinin Birinci müavinin sahibliyində olduğu iddia edilir.
Baxın hələ bu Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Güloğlan Məmmədovun oğlu və qızının adına rəsmiləşən və qeyri rəsmi mülklərin siyahısıdır. İcra hakimiyyəti vəzifə səlahiyyətlərindən bəhrələnən digər vəzifəli şəxslərin hansı varidata sahib olmaları haqqında məlumatlarıda daha növbəti yayımımızda saytımızda dərc edəcəyik. Lakin sbahkı tirajımızda İcra başçısı Adil Vəliyevin heç vaxt mətbuatda rast gəlmədiyiniz milyardlıq mülkləri barədə məlumatları dərc edəcəyik. Ümid Tv Azərbaycan kanalının efir yayımında isə bu məlumatlar daha təfsilatı ilə işıqlandırılacaq. Qeyd edək ki, Sabunçu Bələdiyyəsinin sədri də bu imkanlardan geridə qalmır. Hər bir məlumatı real faktlarla ictimaiyyətin diqqətinə çatdıracağıq.
Gördüyünüz kimi, Sabunçu rayonunda sadə imkansız sakinlərin çoxluq təşkil etməsinə, problemlərinin başlarından aşmasına, zülm-əziyyət içində yaşamalarına baxmayaraq, bu vəzifə səlahiyyətliləri vəzifə imkanlarından yalnız özlərinin varidatlarını artırmaq üçün istifadə ediblər.
Bəli Birinci müavin Güloğlan Məmmədov deyə bilər ki, rəsmi əmlaklar övladlarının adınadır. Yəni deyə bilər ki, ona heç bir aidiyyatı yoxdur. Lakin məsələ ondadır ki, sözügedən əmlaklar Güloğlan Məmmədovun müavin və Birinci müavin təyinatı aldqdan sonra belə davamlı olaraq artmağa başlayıb. Özü də bu əmlakların dəyəri yüz minlərlə deyil, milyonlarla ölçülür. Məsələ ondadır ki, Güloğlan Məmmədov və ailə üzvləri hansı mənbədən əldə etdikləri vəsait hesabına bu mülklərə sahib olublar. Maaş bəlli, iş fəaliyyətləri bəlli.
Qeyd edək ki, Güloğlan Məmmədov əmək fəaliyyətinə 1981-ci ildən başlayıb. 1981-ci ildən 2010-cu ilə qədər stabil əmək haqqı olan vəzifələrdə çalışıb. Yalnız 2010-cu ildən 2014-cü ilə qədər, yəni cəmi 5 il müddətində özünün təsis etdiyi “Nərmin” elektrik təchizatı firmasında direktor işləyib. Bu firmanın fəaliyyəti ilə bu qədər əmlaklara sahib olmaq mümkün deyil. 2014-cü ildən bu günə qədər isə rayon icra hakimiyyətində əvvəlcə müavin, daha sonra isə Birinci müavin vəzifəsində çalışır. Göründüyü kimi, Güloğlan Məmmədovun varidatının artmasında təyinat aldığı vəzifə önəmli rol oynayıb. Hələ ki, bu istiqamətdə araşdırmalarımız davam edir. Əldə etdiyimiz bütün məlumatları, ictimiyyətlə və hökumətimizlə bölüşəcəyik.
Vəzifəyə təyin olunan məmur ölkə Prezidentinin etimadını doğrultmalıdır. Özü üçün deyil, xalq üçün çalışmalıdır. Ölkə Prezidentinin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışına qoşularaq, ictimai media nəzarət funksiyasını icra etməklə, kütləvi informasiya vasitəsi olaraq məmurların özbaşınalıqları və qanunsuz əməlləri barədə ölkə Prezidentini məlumatlandırmağı özümüzə borc bilirik. Növbəti yazımız və reportajımız İcra Başçısı Adil Vəliyevin ictimaiyyətə bu günədək məlum olmayan milyardlıq mülkləri haqqında olacaq.
Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev, Birinci müavin Güloğlan Məmmədov, ümumiyyətlə qarşı tərəf olaraq Sabunçu rayon İcra Hakimiyyəti mövqeyini bildirərsə dərc etməyə hazırıq. Çünki biz media olaraq əlaqə saxladığımız zaman münasibət öyrənmək üçün heç kimi tapa bilmirik. Rəsmi içinin dediyinə görə İcra hakimiyyətində media-mətbuatla əlaqəli şəxs yoxdur.
Növbəti yazımızda görüşənədək.
Ardı var… //guninfo.az//