Axtarış...

Sabah Azərbaycan, Türkiyə, Pakistan "Üç qardaş" təlimlərinə başlayır

Sabah Azərbaycan, Türkiyə, Pakistan "Üç qardaş" təlimlərinə başlayır

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz