Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə Şəki rayonunda üzləşdiyi problemlərin dərhal həll olunmasına kömək göstərilməsi məqsədi ilə müraciət ünvanlanıb.
Aktualinfo.org Aşağı Göynük kənd sakini Sadiq Əbdürəhimovun sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edir.O, yazır:
Əvvəlcə məlumat üçün bildirim ki, biz Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid ailəsi olan və 9 nəfər ailə üzvlərimizə verilmiş pay torpaq sahəsi 5 ha-a yaxındır. “Daşlı girmə” adlanan ərazidə yerləşir. Mən buraya xərc çəkib ynca becərmişəm ki, heyvandarlıqla məşğulolub ailəmizi dolandıraq. Budur, neçəvaxt idi ki, kimsə öz qoyun və malq-qara sürüsünü bizim ot sahəmizə salıb otarırdı. Axırda 30 avqustda günorta vaxtı gedib çobanı və mal-qaranı yerimdə tutdum. (Video əlavə edilir) Çoban bildirid ki, bu Vaqifin (Vaqif Babayev nəzərdə tutulur) heyvanlarıdır. Mənə deyib otarıram. Onunla zəng edib danışdım. Əvvəlcə boyun oldu ki, narahat olma bir işdir dəymiş ziyanı ödəyərik. İndi ödəmir ki əvvəl boyun oldu sora yox deyir mənim mallarım deyil bu Vaqif faizə pul verib camatın torpaqlarını əlindən alandı birisidir. Ona görə də ləqəbi “Faiz Vaqifdir” Qanunsuz bank fəaliyyətilə məşğul olduğuna görə əlinə imkansız adamların pulunu toplayıb. Və bir az imkanı olduğuna görə yerli məmurlar da hamısı birbiriylə əlbirdi Kənddən qanunsuz kəsilən qaz durbalarını da bələdiyədən alıb yığıb həyətinə.
İndi bu məsələdə məni futbol topu kimi oynadırlar. Qəsdən bələdiyə icra nümayəndəsi, kənd təsərüfatı idarəsi vaxt uzadırlar. O gün gəlibki sənin yreini otlayan heyvanları Zöhrabın çobanı görüb .Dedim ki, o variantı saxla, get uşaqlara danış .Dünən də (sentyabeın 4-də) Eldəniz adlı biri mənə zəng vurubki sənin yerini otlayan heyvanların şəklini Vaqivin çobanı çəkib telfona. Cavab verdim ki, hamısı planlaşdırlan işdi, öz ziyankarlığını boynundan qaçırmaq üçün hər varianta əl atır . Bu həmin Vaqifdir ki, faizə ( ayda 10 % olmaqla) pul verib və camaatın pensiya kartlarını götürüb pul verir sələmçilik edir, nəticədə xeyli malı qoyunu var. Onları da Aşağı Göunük kəndinin pay torpaqlarında qışlaqlayır. Çoxlu qanunsuz qazandığı pulu olduğu üçün ona gözun üstə qaşın var deyən yoxdu – yerli bələdiyyə də, icra da, polis də, buna şərait yaradan elə qoyundan quzudan alıb buraxır mənim kimi sadə camatın əkin sahələrinin canına. Avqustun 30- u hamısına məlumat vermişəm .Əvvəl bələdiyyə işçisi ərazini ölçməyə getdi və guya 8 sot ziyan dəydiyini yazmaq istədi. İmtina etdi ölçməkdən. Razı olmadım. Sonra bələdiyə sədri özü ölçdü zərərin 40 sot olduğunu yazdı. Necə olur??? Deməli, əvvəl sövdləşmişdilər telfonda.. Bu Vaqif Camal oğlu indi də mənə hədə qorxu gəlir ki polis çağıracam .Çünki oğlu polisdə işləyir. Sual verirəmki bələdiyyə sədri Asif, kim bu Vaqifə icazə veribki əkin sahəsində ferma tikib minlərlə qoyun 100- lərlə iribuynuzlu heyvan saxlansın ??Cavab yox çünki sovqatını( haqqını) alıb taxıl biçilən kimi heyvanları otarırlar burda qanun budur. Amma qonşu Baş layısqı kəndinin sahəsinə bir baş qoyunda girə bilməz. Çünki həmin kəndin oğlu olan Mehman müəllim Yusifov Şəkidə Dövlət Aqrar Kənd təsərfatı İdarəsinin sədridi .
Babayev Vaqif Camal oğu çox hiyləgər yollarla öz şəxsi heyvanların bir qismini Gürcüstanla sərhəddə, bir qismini isə Aşağı layısqının sahəsində kimdənsə icarəyə yer alıb orda qanunsuz olaraq böyük ferma yerləşdirib. Amma bu icarə müqaviləsini öz adına eləmir ki, kimsə şübhələnməsin, vergilərdən yayınsın.
Bu Vaqif Camal oğlu hazırda Baş Göynük kəndinə məxsus “Balı yanı “ adlanan ərazidə yaşıyır.
Bu adamın oğlu polisdə işləməyindən istifadə edib kefi istəyən kimi hərəkətlər edir, çobanı mənim yonca sahəmi dəfələrlə otarırdı tuta bilmirdim. Sonda avqust ayının 30 günorta tutdum . Əvvəlcə telefonda ziyanı ödəyəcəyiniə razı olsa da, sonradan ziyanı ödəməkdən boyun qaçırdı, guya mənim heyvanlarım deyilmiş. Yerli bələdiyyə gəlib dəymiş ziyanı yerində rəsmi qeydə aldı. Amma bu günə kimi süründürməçilik edirlər. Hələ bu azmış kimi belə bir fırıldaq variant edir ki, əlində sübut olsun. Çobanı kənar şəxslərin heyvanlarını mənə aid yonca sahəsinə salıb şəkillərini çəkir ki, guya bu heyvanlar otlayıbmış. Yəni bu əsassız varlanmış Vaqif hər cür varianta əl atır ki, təki pul verməsin.Kim icazə verib ki, camata məxsus əkin sahələrini otarmağa? Belə görünür yerli bələdiyyə və icra nümayəndəlikləri bu Vaqifə nəyinsə müqabilində şərait yaradır . Budur, şikayətimə də baxan yox, kənd təsərüfatı İdarəsi də süründürməçilik edir,o biri strukturlar da.
Cənab Prezident. Son vaxtlar qazı və şəhid ailələrinə regionlarda yerli məmur və iş adamı adı altında hər cür təzyiqlər, basqılar olur və çoxalıb. Mənim də başıma bu hadisə gəlmiş və qabaqdangəlmişlik edərək vaxtilə polis orqanlarına yerləşdirdiyi oğluna güvənərək mənə hədə-qorxu gəlirlər. Mən də deyirəm ki, rəhmətlik qardaşım sizi kimi ünsürlərdən ötəri Vətən uğrunda qanını tökməyib ki, bu gün gəlib ailəmizin yeganə dolanacaq yeri olan otlaq sahəmizi qanunsuz əldə etdiyi minlərlə mal-qarası ilə basıb otarsın, ziyan vursun və hədələsin. Sizdən xahiş edirəm ki, aidiyyatı orqanlara göstəriş verəsiniz ki, “faiz Vaqifin” biz şəhid ailəsinə qarşı törətdiyi bu özbaşnalıqlara son qoyulsun. İmkan verilsin ki, bu günə qədər dövlətdən heç bir imtiyaz və köməklik görmədiyimiz halda öz torpağımızda əziyyət çəkib dolana bilək. Sağ olun.