Şəki rayonu, Baş Göynük kənd sakini, gözdən məhrum Şərifov Akif Həmid oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə,Prezident Adminsistrasiyasının hüquq şöbəsinin müdiri Füad Ələsgərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Səhiyyə Nazirliyinə, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin sədrinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbə həkimlərinin özbaşnalığından və korrupsiya əməlləri ilə bağlı müraciət ünvanlanıb.
Aktualinfo.org vətəndaş Akif Şərifovun müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:
Əvvəlcə bildirim ki,mən 1966-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olmuşam. 05.07.2020-cu ildə gözümdən aldığım ciddi xəsarət nəticəsində Z.Əliyeva adına oftalmologiya İnstitunda cərrahi əməliyyat olundum. Həkimlər bir gözümün tam çıxarılmasına qərar verdilər. Hazırda da müalicəmi davam etdirirəm. Gözdən məhrum edildiyimə görə sənədlərimi əlilliyin müəyyən edilməsi üçün 2020-ci ilin payızında ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbsinə təqdim etmişdim. Sağ olsun Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçini ki. o məni səmimi qəbul edib dedi ki, narahat olma hər şey göz qabağındadır. Sənin əlilliyinin təyin edilməsi üçün bir də əziyyət çəkib Bakıya getməyinə heç bir ehtiyac yoxdur. Sənə ƏƏSMN-nin buradakı şöbəsinin komissiysı baxıb forma 88 göndərişi verəcəklər. Mən dəflərlə bu həkim komissiysına müraciətlər etsəm də hər gün bir bəhanə ilə yola salırdılar. Aylarla məni süründürdülər. Mən başa düşdüm ki, bu həkim dəstəsinə pul verməsəm işim düzələn deyil. Ona görə məcbur olub olan qalan 50 manat pul təklif etdim ki, bəlkə insafa gəlib forma 88 yazıb təsdiq üçün Bakıya göndərsinlər. Xeyri olmadı. Nəhayət bu yazda yuxarı orqanlara etdiyim şikayətlərdən sonra onlar bezib mənim əlilliyim təyin olunması üçün forma 88-i göndərdilər. Və bu ayın əvvəlində ƏƏSMN-dən belə bir cavab aldım ki, “Əlillik vəziyyətinizin qiymətləndirilməsilə bağlı PA-dan daxil olmuş məktubunuza əsasən bildiririk ki, 07.10.2020-ci ildə əlilliyin qiymətləndirilməsi zamanı məlum olmuşdur ki, göndəriş natamam doldurulduğu ( Tibbi rəy Səhiyyə Nazirliyinin reyestrinə daxil edilməmişdir.) barədə qərar qəbul edilmişdir.”
Rəsmi cavabdan göründüyü kimi, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsinin vicdansız və süründürməçi həkim komissiysı qəsdən bezib yazdıqları forma 88 i SN-nin reyestr kitabına daxil etməyiblər ki, işim düzəlməsin. Və mənim kimi yüzlərlə əlilliyin müəyyən edilməsi üçün müraciət etmiş digərlərinə də ibrət dərsi olsun ki, rüşvət verməyən şəxslərin aqibəti belə də olmalıdır. Guya illər uzunu fəaliyyət göstərən Şəhla həkimin sədr olduğu bu Tibbi –Sosial Ekspertiza komissiysı bilmirlr ki, tibbi rəy hökmən Səhiyyə Nazirliyinin reyesrtinə daxil olmalıdır? Bilirlər. Onlar sadəcə məni bu şərəfsiz üsulla cəzalandırırlar ki, rüşvət verməyənin işi düzələn deyil!. Bu aprel ayında yenə Şəkidəki Tibbi – Sosial Ekspert komissiyasına müraciət etdim ki, yenidən forma 88 versinlər. Komissiyanın sədri Şəhla həkim sənəddə mənim adımı görən kimi bağırdı ki. bu adam yuxarılara şikayət yazıb. Elə bu jest bəs etdi ki, yenə mənə göndəriş verilmədi. ƏƏSMN isə rəsmi cavab yazır ki, yenidən forma 88 göndərilərsə əlilliyin qiymətləndirilməsinə baxıla bilər. Sağ olsunlar. Amma mən nə edim ki, Şəhlanın vicdansız komissiyasına mənim verməyə 1500 manat pulum yoxdur.?Budur 10 aydır ki, yollarda, qapılarda qalmışam. ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsi də qəti olaraq bildirlər ki, yeni göndəriş verən deyilik. Axı mənim günahım deyil ki, özləri forma 88 –i qəsdən natamam doldurublar. Mənim kimi müraciət edənlər də bildirdilər ki, yazıqsan, özünü çox yorma, bu həkim komissiyası rüşvvətlərini almasalar nə dədələrindən, nə bacılarından,nə də xalalaırndan belə keçən deyillər.” Deməli, bu həkim komissiyası ya Nazirlikdə oturan haramzada-quldur dəstəsinə hesabat verirlər ki, aldığımız bu pulun müqabilndə bu forma 88 düzgün yazıb göndəririk. Onlar da təsdiq edirlər. Axı məntiqlə başqa cür nə düşünmək olar?
Ona görə də DTX rəhbəri cənab Əli Nağıyevdən xahiş edirəm ki, mənə də 1500 manat nömrəli puldan göndərsin ki, aparım verim bu komissiyaya ki, işim düzəlsin. Axı mənim bir gözüm faktiki olaraq yoxdur. Olmayan orqan da sağalan deyil. Bu komissiya da pulunu almamış mənə yenidən forma 88 vermir. Nazirlik də formal tələb edir ki, göndəriş olsa əlilliyin qiymətləndilməsinə baxa bilərik.
Cənab Prezident! ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsinin son 10 ildə öküz kimi sağlam adamlara necə əlillik dərəcələri yazmaları barədə aparılan araşdırmalardan da , ləğv edilən çoxsaylı dərəcələrdən də, yerli insanların verdikləri pullar müqabilində təkcə Zaqatala bölgəsindəAzərbaycan üzrə ən çox “əlillin” qeydiyyatda olan əhalinin 8 %-nin, real yaşayan əhalinin isə 13%-nin təyin ( Yəni kurort zonasında bu rəqəmlər özü təsdiq dir ki, təyinatların ən azı 30 %-i saxtadır.) etdiyi belə bir komissiyanın işinin araşdırlmasına zəruriyyət yaranmışdır.
Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün yeni forma 88 göndərişinin yazılmasına və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbə komissiyasının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.