Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, siyahının “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üzrə” bölməsinə Bakı Ali Neft Məktəbi də (fəlsəfə doktoru) daxil edilib. (Oxu.az)