Axtarış...

Düşmən dəyirmanına su tökən “vətənşüvən” media mənsubları Onların fəaliyyəti dövlətçiliyimizə qarşı yönəlib

Düşmən dəyirmanına su tökən “vətənşüvən” media mənsubları Onların fəaliyyəti dövlətçiliyimizə qarşı yönəlib
Jurnalistikada söz və mətbuat azadlığı çoxaldıqca, mətbu sözün məsuliyyəti də artır. Burada ilk növbədə, jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Ölkəmizdə söz və mətbuat azadlığına kifayət qədər şərait yaradıldığı üçün düşünmək olardı ki, sözün məsuliyyəti və çəkisi də də getdikcə artacaq. Amma, təəssüf ki, bəzi jurnalistlər üçün bu məsuliyyət unudulur. Belə ki, sensasiya xətrinə insanların informasiya tələbatını yalan, qərəzli, mənbəyi məlum olmayan məlumatlarla ödəməyə çalışan jurnalistlər bu məsuliyyəti dərk etmək iqtidarında deyil. Naddiyyat arxasınca qaçan, oxuculara ünvanladığı informasiyanın zərərini dərk etməyən bəzi jurnalistlər cəmiyyət qarşısında məsuliyyətlərini anlamırlar.

Mən jurnalistikaya “Tale” adlı kiçik bir qəzetə yazılar verməklə başladım. Sonra “Qarabağ”, “Ana Vətən” “İki sahil” qəzetlərində və 6 il də “SPACE” televiziyasinda çalışdım. “İki sahil” qezetinin siyasət şöbəsində 10 il fəaliyyət gostərdim və bu illər ərzində öyrəndiyim əsas prinsip hər yazının altında qeyd etdiyim imzama qarşı məsuliyyətli davranmaq oldu. Şöbə müdürüm, Əməkdar jurnalıst, güclü qələmi olan rəhmətlik Telman Qafar bizə təqdim etdiyimiz hər faktın düzgünlüyünə məsulyyətlə yanaşmağın vacibliyini öyrədirdi.

Bu gün mətbuatda istənilən şəxs söz deyə, fikrini açıq bildirə bilər. Amma təəssüf ki, heç də hamı dediyi fikirlərin məsliyyətini ciddi dərk etmir. Ölkə prezidenti çıxışlarında dəfələrlə Azərbaycanın bütün dövlətlərlə, ilk növbədə qonsu dövlətlərlə sülh və dostluq şəraitində yaşamaq prinsiplərindən söz açıb. Qonşu İran dövləti ilə iqtisadi, mədəni və dostluq ələqələrinin nöhkəmləndirilməsi istəklərindən danışıb. Həqiqətən də İran Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini dəfələrlə bəyan edib və diqqətə çatdırıb ki, dost və qardaş İran bu mövqeyi axıradək davam etdirəcək. Azərbaycanla İran arasındakı əlaqələr çox dərin tarixi köklər üzərində qurulub. Bu zəmində ədəbiyyat, mədəniyyət, incəsənət, sənətkarlıq, xalçaçılıq, musiqi və xalqlarımızı bir-birinə bağlayan digər tellər də inkişaf etməkdədir. Hər iki ölkənin bu sahələrdəki nümayəndələri tez-tez qarşılıqlı səfərlər edir, birgə mənəvi dəyərlərə söykənən əlaqələrə öz töhfələrini verir və yeni-yeni mədəniyyət nümunələri yaradırlar. Təbii ki, mədəni münasibətlər dövlətlərarası əlaqələrdə çox vacib bir həlqə təşkil edir.

Düşmən dəyirmanına su tökən “vətənşüvən” media mənsubları Onların fəaliyyəti dövlətçiliyimizə qarşı yönəlibAzərbaycanla - İran əlaqələrinin bu məqamı da nümunə ola biləcək səviyyədədir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra İran İslam Respublikasının rəhbərliyi Azərbaycanın haqq işini və öz ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyini qeyd edərək bunun ölkəmiz üçün tarixi əhəmiyyətə malik olduğunu dilə gətirib. Dövlətlərimiz arasında münasibətlərin iştiləşməsini böyük təlaşla izləyən düşmən ölkə isə bundan narahatlığını gizlədə bilmirdi. Erməni KİV İranın ali lideri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höcətülislam Seyyid Əliəkbər Ocaq Nejad ağanın Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə verdiyi açıqlamasını sitat gətirərək yazmışdı: “Belə təəssürat yaranır ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və onun komandasının qərb istiqamətində apardığı iş, burunlarımızın dibində baş verən çox təhlükəli hadisələri körükləyir. İran istiqamətində keçmiş mövqelərin sürətlə itirilməsi prosesi gedir və bu, çox həyəcanverici bir siqnaldır. Şişirtmirəm. Ermənistan üçün mənfi və təhlükəli meylləri göstərən faktlar var. Bakı mətbuatının verdiyi məlumata görə, İranın ali lideri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höcətülislam Seyyid Əliəkbər Ocaq Nejad ağanın Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə verdiyi açıqlamada, "Şuşada namaz qılmaq xəyalım idi” və sözləri yer alıb və bu, onun Şuşa barədə səsləndirdiyi yeganə ifadə də deyil.

O deyib ki, Şuşanı görəndə çox narahat idim. Belə bir şəhəri dağıtmaq, işğal altında tutmaq, 30 il orda yaşamaq...Bu mümkün deyil. Uca Allahdan bizə işğalçıların cəzasını görməyimizə imkan verməsini xahiş edirəm” - dedi Xameneinin Azərbaycandakı nümayəndəsi...Lakin İranın ali dini rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi yalnız ölkəsinin xəttinə sadiq qalır. İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi tərəfindən bu barədə nə qədər birmənalı açıqlama verildiyini xatırlayırıq. Əslində o, ölkəsinin bölgədəki xarici siyasət prioritetlərini qeyd edərək Bakını sevindirdi: “Azərbaycan xalqını Azərbaycan ərazilərinin uğurla azad edilməsi münasibətilə təbrik edirəm. İşğal olunmuş ərazilərdə Azərbaycanın suverenliyinin qurulması və iki ölkənin ortaq sərhədlərinin bərpa edilməsi, bu prosesdə yeni imkanların, əməkdaşlıq səviyyəsinin artırılması, bölgədə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün birgə səylərdən istifadə edilməsinə dəyər”, deyə Seyid İbrahim Rəisi Azərbaycan prezidentinə ünvanladığı məktubda yazırdı. Onu da qeyd edim ki, Rəisinin sələfi Həsən Ruhani də oxşar fikirlər söyləmişdi.

Qeyd edək ki, düşmən ölkənin də etiraf etdiyi kimi, İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar və bəyanatlar həm müharibədən öncə, həm də müharibə zamanı və sonra təkrar-təkrar verilib. Xüsusilə, keçən ilin noyabrın 3-də və 4-də İran liderlərinin verdikləri bəyanatlar Azərbaycan xalqı arasında yüksək rəğbət qazanıb və Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərib. Təsadüfi deyildir ki, torpaqlarımız işğaldan azad olunduqdan az sonra həmin bölgələri, Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırıb və bu sərhədin iki xalq arasında yalnız və yalnız inkişafa və dostluğa xidmət edəcəyini xüsusi vurğulayıb. Qeyd edək ki, birinci Qarabağ müharibəsi dönəmində İranın Azərbaycan Respublikasına göstərdiyi yardımlar böyük əhəmiyyət daşıyırdı. Azərbaycan Respublikasının rəsmiləri, o cümlədən, ümummilli liderimiz Heydər Əliyev İranın Qırmızı Aypara Cəmiyyətinin, İmam Xomeyni adına İmdad Komitəsinin göstərdiyi yardımların ciddi əhəmiyyət daşımasına toxunaraq, dəfələrlə həmin yardımlarla əlaqədar olaraq, İrana təşəkkür etmişdilər.

Yüksək vəzifəli məmurların sözlərinə görə, İranın İmam Xomeyni adına İmdad Komitəsi Azərbaycandakı 19 illik fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edib və o ağır illərdə minlərlə ailəni aclıq və səfalətin pəncəsindən qurtarıb. Düzdür bu barədə o dövrün mətbuatında çox az məlumata rast gəlinir. Bunun səbəbi odur ki, şəriət qanunlarına əsaslanan İmdad Komitəsi etdiyi köməkliklərin reklam edilməsinin əleyhinə çıxırdı. Bütün yardımlar mətbuat və televiziyanın iştirakı olmadan edilirdi. Mən özüm o dövrdə yüzlərlə təşəkkür məktubu əsasında ailə başçısını itirmiş və çətin vəziyyətdə olan ailələrə hər ay ərzaq yardımları edən, atasız qızlar üçün cehiz-mebeldən tutmuş xalçaya qədər hədiyyə edən komitə haqqında reportaj hazırlamaq istəmişdim. Amma komitə yetkililəri mədəni şəkildə istəyimi rədd edərək”sağ əlin verdiyini sol əlin bilməməsi” deyimini mənə xatırlatdılar. Əbulfəz Elçibəy hakimiyyətinin çökməsindən sonra, Xalq Cəbhəsi öz çatışmazlıqları və süstlüyünü xarici bir günahkarın boynuna yıxmağa səy göstərdi. Bu səbəbdən də İranı günahkar qələmə verməyə başladılar və belə bir şayiə yayıldı ki, İran ermənilərə kömək edib. Həmin şayiə sonrakı illərdə Azərbaycan mediasında o qədər yayımlandı ki, hətta bu şayiəni icad edənlər özləri də bu yalanının doğru olmasına inanmağa başladı.

Düşmən dəyirmanına su tökən “vətənşüvən” media mənsubları Onların fəaliyyəti dövlətçiliyimizə qarşı yönəlibBu gün isə həmin şaiyələr daha genis şəkil alaraq məsuilyyətsiz şəkildə dərc olunmaqda və iki ölkə arasında soyuqluğun dərinləşməsinə öz töhvəsini verməkdədir. Məsələn, ölkə gündəmini bir neçə gün MM-in sədri Sahibə xanım Qafarovanın İran Prezidenti ilə görüşündə bayrağımızın olmamasından ucuz şou düzəldənlərin əsassız ittihamları zəbt etdi. Bu əsassız ittihamlara cavab verən saytlardan birində məsələyə aydınlıq gətirilərək bildirildi ki, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın, hazırda populist və pafoslu "vətənşüvən" fikirləri ilə gündəmə gəlməyə cəhd edən şəxslərin də bizə müttəfiq və dost dövlətlər olduğunu inkar edə bilməyəcəkləri Türkiyə və Pakistan dövlət başçıları ilə görüşü zamanı da bayrağa dair eyni protokol qaydaları qüvvədə olub:” Hədəfdə Sahibə Qafarova deyil, hədəfdə dövlətin maraqları və regionda müəyyənləşdirdiyi yeni reallıqla bağlı Azərbaycan-İran münasibətləridir. Sosial şəbəkələrdə və əlləri çatan digər internet resurslarında populist bayraq və vətən sevgisi ilə bağlı fikirləri isə öz növbəsində sadə vətəndaşlarımızın da yanlış düşünməsinə səbəb oldu. Əslində isə bu cür fikir sahiblərinin belə yaramaz cəhdləri Azərbaycanın və onun mövqelərinin ziddinə yönəlib. Beynəlxalq müstəvidə ümumi qəbul olunan protokol qaydaları mövcuddur ki, bir ölkənin başçısı digər dövlətin başçısı ilə görüşərkən hər iki dövlətin bayrağı istifadə edilir.

Ancaq bir dövlət başçısı digər ölkənin başqa rəsmilərini qəbul edərkən görüş zalında əsasən yalnız ev sahibi olan dövlətin bayrağı qoyulur. Bunun həmin dövlətlərin kiçikliyinə və ya böyüklüyünə heç bir aidiyyatı yoxdur. Bununla bağlı başqa rəsmi görüşlərə dair də çoxsaylı şəkillər vardır. O ki, qaldı baş örtüyü məsələsinə, bu, konkret olaraq İran dövlətinin islam ənənələrinə dair qaydasıdır ki, digər dövlətdən olan xanımlar bu tələbə riayət etməlidir. Bu tələb təkcə Azərbaycan rəsmisinə aid deyil. RF Dövlət Dumasının sədri Matviyenko da İran Prezidenti ilə görüşü zamanı bu qaydaya əməl edib. Onu da qeyd edim ki, Roma Papası ilə görüşdə də bu tələb var və ABŞ Prezidenti Donald Tramp Papa ilə görüşərkən həyat yoldaşı Melanya Tramp da baş örtüyündən istifadə edib.”

Bu günlərdə isə “Oxu. Az” saytının imzasına ilk dəfə rast gəldiyim Orxan Tağıyev adlı müxbirinin “İran həyasızcasına ermənilərlə iş qurduğunu elan edir: Bakı Tehrana güzəştə getməyəcək! “adlı yazısı isə daha böyük biabırçılıqdır desək, yanılmarıq. Bu müxbircik dərk etmir ki, belə bir yazı ikitərəfli münasibətlərə ciddi zərbə vurur və İran -Azərbaycan arasında mehriban dostluq və qonşuluq münasibətlərinə kölgə salır? Əvvəla rəsmi Bakı Qarabağa daşınan yük maşınları ilə bağlı öz etirazını Tehrana bildirdi və qarşı tərəf də açıqlama ilə çıxış etdi. Qarabağı Ermənistan ərazisi kimi qələmə verən özəl sayt isə üzr istədi və materialı yayımdan çıxardı. Bu faktı təkrar-təkrar gündəmə gətirmək hansı qüvvlərə sərf edir? İran və Azərbaycan arasında münasibətlərin pozulmasında maraqlı olan düşmən qüvvələrə təbii ki… Bəs Orxan kimi təcrübəsiz müxbirlər kimə xidmət edir? Azərbaycan dövlətçiliyinəmi? Təəssüf ki, düşmən qüvvələrə xidmət edirlər.

Onu da qeyd edək ki, mətbuat verilmiş imkanlardan bacarıqla, səmərəli istifadə etməli, dağıdıcı qüvvə kimi çıxış etməməlidir. Kütləvi informasiya vasitələri elə bir sosial qüvvədir ki, bu və ya digər problemlərə diqqət yetirmək və bunları həll etmək üçün təsir göstərmək missiyası daşıyır. Burada jurnalistin tərəfsizlik göstərməsi mühüm amil olmalıdır. Bunlar, bu məsuliyyəti dərk edən, peşə ləyaqətinə hörmət edən, təmsil etdiyi orqanın nüfuzunu yüksək tutan jurnalist məsuliyyətinin kökündə dayanan əsas şərtdir. Sözsüz ki, jurnalist baş redaktorun və ya redaksiya heyətinin tapşırığını yerinə yetirməyə borcludur. Bəzən baş redaktor əməkdaşına qərəzli material hazırlamağı tapşırır. Jurnalist bunun qanun pozuntusu olduğunu bilməli və belə sifarişli material hazırlamaqdan imtina etməlidir. Onun bu hərəkəti əmək intizamının pozulması kimi qiymətləndirilməməlidir. Jurnalist dərk etməlidir ki, başlıca vəzifəsi həqiqətə xidmət etməkdir. Çünki hər bir jurnalist, eyni zamanda ölkəsinin vətəndaşıdır, onun borcudur ki, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirsin, milli maraqların təəssübkeşi olsun.


Düşmən dəyirmanına su tökən “vətənşüvən” media mənsubları Onların fəaliyyəti dövlətçiliyimizə qarşı yönəlib






Nazilə Atakişiyeva
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz