Mikayıl Cabbarov təhsil naziri təyin olunanda Misir Mərdanovdan qalan komandanı qısa vaxtda öz ətrafından uzaqlaşdırdı.
Yeganə toxuna bilmədiyi şəxs, uzun illər Təhsil Nazirliyinin “qara kassası” olan, nazirliyin Aparat Rəhbəri İlham Pirməmmədov oldu.
Cənab Mikayıl Cabbarov Aparat Rəhbərini vəzifəsindən çıxartsa da, onu özünə müşavir təyin etdi.
Hansı ki, köhnə komandanın bütün üzvləri qeyd-şərtsiz vəzifələrindən qovuldu.
Görəsən, İlham Pirməmmədovu kim qoruya bildi ?
Bilənlər bilir ki, İlham Pirməmmədov nazirlikdə o zamankı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tapşırıqlarını can-başla yerinə yetirirdi. Və tələbə köçürmələrinin hesabına milyonçuya, biznesmenə çevrilmişdi.
İlham Pirməmmədovun digər biznes mənbəyi Azərbaycan Beynəlxalq Universiteti idi. Bəli, ABU-nu İlham Pirməmmədov şərik işlədirdi.
Digər çox vacib məqam odur ki, Dağıstanda olan saxta universitetlərin çoxu İlham Pirməmmədovla “əməkdaşlıq” edirdi. Yəni məzunlar saxta yolla Dağıstanda kağız üstündə ali məktəblərə qəbul olur, sonra isə Pirməmmədovun “xeyir-duası” ilə Bakıya “perevod” olurdular. Bu əməlli-başlı biznes sahəsi idi. Və hər il Pirməmmədov və digərləri milyonlar qazanırdı.
Bu təhsil piramidasının başında Ramiz Mehdiyev dayanmışdı.
Məhz ona görə də, Mikayıl Cabbarov nazir təyin olunanda, Ramiz Mehdiyevin sehrli əli əvvəlcə İlham Pirməmmədovu nazirin müşaviri, sonra isə Azərbaycan Texniki Universitetinə ( ATU ) prorektor təyin etdi.
İlham Pirməmmədov ATU-da da “dinc” durmadı, o, ATU-nu da özünün biznes sahəsinə çevirmək istədi.
Ancaq ATU-nun yeni rektoru Vilayət Vəliyev bir müddət İlham Pirməmmədovun əməllərinə dözsə də, sonda onu vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldi.
Gundelik-Bakıya daxil olan məlumata görə, cənab rektor Vilayət Vəliyev prorektor İlham Pirməmmədovu vəzifəsindən uzaqlaşdırıb.
Bu dəfə Ramiz Mehdiyevin sehrli əli heç nəyə yaramayıb. Ramiz Mehdiyev xahiş etsə də, rektor onun xahişini eşitməyib.
Məlumat üçün qeyd edək ki, uzun illər təhsil sahəsində məsul vəzifələrdə çalışan İlham Pirməmmədov qazandığı milyonların hesabına özünə topdağıtmaz biznes şəbəkəsi qurub. Onun ticarət obyektləri, villaları, bahalı avtomobilləri, hətta restoranları var.
Görəsən, dövlətdən konkret maaş alan təhsil işçisində bu milyonlar haradandır ?
Əgər təhsil işçisi özəl məktəb-bağça açsaydı, haradasa başa düşmək olardı. Amma təhsil işçisinin restoran açması, biraz qəliz məsələdir.
Bəli, İlham Pirməmmədov hətta öz restoranına maraqlı ad da qoyub – “Xarı bülbül” restoranı.
Uzun illər təhsil sahəsinə rəhbərlik etmiş şəxs daha ATU-ya da gedə bilmir.
Gününün çoxunu “Xarı bülbül”də keçirir.
Bu da “Mehdiyevşina”nın sonu...
Yəqin ki, bu son olmayacaq. Təhsilimizə dəyən zərərin hesabına qazanılan milyonların bir HAQQ-HESABI olacaq.
Gundelik-baku.com