Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Mikayil İsmayılovun yüksək vəzifəyə təyin ediləcəyi gözlənilir.
Qlobal.az-ın əldə etdiyi məlumatda sabiq vitse-prezidentin Gənclər və İdman naziri təyin ediləcəyi deyilir.
Qeyd edək ki, M.İsmayılov 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb.
Yayılan xəbərlə bağlı Mikayıl İsmayılovun mövqeyini öyrənə bilmədik.