Ukraynadakı səfir Elmira Axundovanın yaxını Elnur İbrahimovun ölkədən qaçırılmasının 8-ci ili tamamlanır. Külli miqdarda dələduzluq cinayətində təqsirli bilinən Elnur İbrahimovun ölkədən qaçırılmasının təşkilatçılarının əməllərinə isə bu günə qədər hüquqi qiymət verilməyib.
Nə baş vermişdi?
Elmira Axundovanın oğlu Həbib Axundov anasının xeyir-duası və birbaşa iştirakı ilə iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bu işdə Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolundu olub. Vətəndaşlara Elmira Axundova və oğlu bildiriblər ki, onlardan aldıqları pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Və əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb.
Məlum olub ki, Elmira Axundovanın oğlunun göstərişlərini yerinə yetirən Elnur İbrahimov Dubaydan heç bir dəftərxana malları gətirmir. Bu sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. İş üzrə aldadılan şəxslər bu məsələdən agah olandan sonra Elnur İbrahimovu hüquq mühafizə orqanına təhvil vermək qərarına gəliblər. Bu zaman məsələyə deputat Elmira Axundova qarışıb. 2013-cü ilin avqustun 5-də Elnur İbrahimov Həbib Axundovun müşayəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb.
Həmin gün orada yerləşən "Qafqaz resort” oteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra aldadılan şəxslərə deputat vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. 5 gün sonra – avqustun 9-da isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana gedən Elnur İbrahimov oradan Rusiyaya qaçıb. Bu qaçışdan sonra zərərçəkənlər hüquq mühafizə orqanına üz tutmaqla Həıbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə Elnur İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb.
Azərbaycan polisinin Rusiyadan olan həmkarlarına Elnur İbrahimovun saxlanılması üçün müraciətləri müəmmalı şəkildə təmin olunmayıb. Elnur İbrahimovun Rusiya ərazisinə keçirilməsi haqda sorğulara cavab olaraq bildirilib ki, Elnur İbrahimov Rusiya ərazisinə keçməyib. Gürcüstan hüquq-mühafizə orqanlarından isə qeydiyyat sənədlərinə əsasən belə cavab verilib ki, Elnur İbrahimov Gürcüstandan Rusiyaya keçib. İş üzrə zərərçəkənlər yorulmadan hüquq-mühafizə orqanlarına müraciət etdikləri bir vaxtda Elmira Axundova və oğlu Həbib Axundova onlara qarşı məhkəmələrdə iddialar qaldırıb, hüquq mühafizə orqanlarına müraciətlər ediblər. Elnur İbrahimov Həbib Axundov, onun anası Elmira Axundova ilə çox yaxşı münasibətləri bu gün də qalmaqdadır.
Ailənin bütün tədbirlərində Elnir İbrahimov məclisin yuxarı başına keçirilib, Axundova hələ deputat olduğu zamanlarda onun iştirakı ilə rəqs etməyi xüsusi olaraq xoşlayıb. Bunu sübut edən video da var. Həbib Axundovun psevdo-biznesin labüd çöküşündən sonra Elmira Axundovanın məsələyə qarışması da təsadüfi deyil. Həbib Axundov Elnur İbrahimovun ölkədən qaçırılmasından 1 il sonra zərərçəkən kimi tanınmaq üçün müraciət edib.
Bu günə qədər bu ləngimənin səbəbini izah etmirlər. 2016-cı ildə Elnur İbrahimov həbs edilib ölkəyə gətiriləndən sonra üzərində məhkəmə qurulsa da, yenə də onun ölkədən qaçırılması məsələsi araşdırılmadı. Cinayət işində səfir Elmira Axundovanın, oğlu Həbib Axundovun səs yazıları, Elnur İbrahimovun boynuna yüklənən psevdobiznesdən günaşırı gəlir əldə etmələri də araşdırılmadı. Bu gün Elnur İbrahimov həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ümimi olaraq cinayət işi tam olaraq araşdırılmayıb. Elnur İbrahimovla yanaşı Həbib Axundovun, onun anası Elmira Axundovanın 10 milyonluq dələduzluq işində rollarının olub-olmamasına hüquqi qiymət verilməyib. nuh.az/