Axtarış...

Elmira Süleymanova İSTEFA VERDİ?



Ombudsman Elmira Süleymanovanın istefa ərizəsi yazdığı barədə məlumat yayılıb.

Millitv.az xəbər verir ki, daxil olan məlumatda hətta onun yerinə təyin ediləcək şəxsin artıq müəyyənləşdirildiyi də qeyd edilib. İddiaya görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsinin müzakirə ediləcəyi, Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da vurğulanıb.

Məsələ ilə bağlı Ombudman aparatından bildirilib ki, bu barədə hələlik dəqiq informasiya yoxdur.

Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.//Axar.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz