Axtarış...

Yoluxanların bu günə olan statistikası açıqlandı

Yoluxanların bu günə olan statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 343 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 926 nəfər müalicə olunaraq sağalıb, 5023 nəfər vəfat edib, aktiv xəstə sayı 5900 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386, ötən müddət ərzində isə ümumilikdə 4 034 340 test aparılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz