Axtarış...

Peşə Təhsili üzrə Dövlət Agentliyində nə baş verir? – Həbslər olacaqmı?

Peşə Təhsili üzrə Dövlət Agentliyində nə baş verir? – Həbslər olacaqmı?
Sövetlər dağıldıqdan sonra uzun illər nəzarətsiz qalan Peşə təhsili demək olar ki, tamamilə dağılmışdır. 20 ilə yaxın davam edən bu prosess son illər ölkə rəhbərliyinin ciddi tapşırığı ilə nəzarətə götürülüb, peşə təhsilinin inkişafı prioritet məsələyə çevirilib. Həmçinin qeyri-neft soktorunun inkişafında peşə təhsilinin rolu əsas məsələ kimi inkişaf planına salınıb. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb və sairə…
Yenixeber.org: Son 3 ildə peşə təhsilinin inkişafı üçün bu sahəyə böyük investisiyalar, iri həcmli layihələr verilib, birləşdirmələr həyata keçirilib və hətta Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Amma və lakin… Ortada nə var və kimlər bu sahəyə ayrılan külli miqdarda pulu havaya sovurub? Kimdir bu adamlar? Dövlət başçısının nəzarəti altında olan bu sahəyə ayrılmış külli miqdarda vəsait hara yoxa çıxıb? Bunu edənlər həbs olunacaqmı?

Gözdən uzaq, sakit davranışları ilə diqqət çəkməyən Peşə Təhsili maxinasiyalarını və Dövlət Agentliyinin fəaliyyətini araşdırmışıq. Sözün həqiqi mənasında bu sahədə baş verənlər şokedicidir və ciddi şəxslərin adı bu maxinasiyalarda çəkilir.

Sabiq təhsil naziri, hazırda ölkənin Xarici İşlər naziri postunu tutan Ceyhun Bayramovun inandığı və ya etibar etdiyi komanda Peşə təhsilinə nə boyda ziyan vurduğunu kimsə təsəvvür edə bilməz.

1. Öncə Təhsil Nazirliyində investisiya və layihələrə məşğul olan komanda üzvləri bu maliyyənin Peşə təhsilinə yönəldərək necə həzm etməyin yollarını tam mənimsəyib və daha sonra bu sahəyə transfer olunublar…

2. Daha sonra nələr baş verib?

3. Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsindən irəli gələn milyonların həzm edilməsi prosessinə kimlər rəhbərlik edib?

4. Sabiq Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru təyin edilən və bu günlərdə nazir Emin Əmirullayevin əmri ilə vəzifədən çıxarılan (sabiq) direktor Pərviz Yusifov kimdir və hazırda kimin dəstəyini alır? O, hansı məmurun ətəyinə sığınıb?

5. Agentlikdə korrupsiya yoxlamaları aparılırmı və nələr baş verir?

6. 5 nömrəli Peşə Məktəbində “Maska istehsalı” əməliyyatı, şagirdlərin istismar olunması və Tapdıq adlı şəxsin vəzifədən uzaqlaşdırılma səbəbləri. Araşdırılmı?

7. Təhsil naziri Emin Əmirullayev öz müşavirini Peşə Təhsili üzrə Dövlət Agentliyinə müvəqqəti olaraq 2 aylıq direktor əvəzi təyin edib. Təmizləmə baş tutacaqmı?

8. Sabiq direktor Pərviz Yusifovun zamanında Peşə məktəblərinə təyin olunan (???) direktorlar niyə narahatdırlar? Onlar Yusifovu niyə axtarırlar?

Apardığımız araşdırmalar zamanı ortaya çıxan kifayət qədər ciddi mətləblərlə bağlı silsilə yazılar yaxın günlərdə oxuculara təqdim olunacaq.

P.S.

Araşdırmalarımız zamanı bəlli olub ki, bu ayın əvvələində Tahsil naziri Emin Əmirullayev tələsik Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovu vəzifədən azad edib və onun yerinə 2 aylıq əmrlə öz müşavirini təyin edib.

Məlumata görə, nazir Agentliyə göndərdiyi müşavirə korrupsia faktlarını araşdırmağı və bu şəxslərin vəzifədən uzaqlaşdırmasını tapşırıb.

Əcəba, dövlət əmlakını dağıtmış adamları vəzifədən çıxartmaqla problem həll olunurmu? Bəs onların əməlləri barədə aidiyyatı qurumlara nədən təqdimat göndərilmir?

Həmçinin bildirilir ki, yeni təyin olunan şəxsin köhnə komandanı təmizləməsi mümkünsüzdür və o bu işin öhdəsindən gələ bilməyəcək… //bizimxeber.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz