Axtarış...

Rusiya Azərbaycana nümayəndə heyəti göndərəcək

Rusiya Azərbaycana nümayəndə heyəti göndərəcək

“Gələn il bizim böyük bayramımız olacaq – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi."

Bunu Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə Rusiyada görüşü zamanı deyib.

“Moskvaya gəlməyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir.

Rusiya iqtisadiyyat sahəsində inamla lider yerlərdən birini tutur və bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.

Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur”, - deyə Putin əlavə edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz