Xəbər verdiyimiz kimi, ötən il ağır əməliyyat olunan Əməkdar artist Almaz Ələsgərli indi səhhətinin yaxşı olduğunu bildirib.
Müğənni Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı bu məsələlərə toxunub:
"Səhhətim əladır, çox sağ olun. Əməliyyatdan sonra özümü qoruyuram. Toylar başlasa da hələ ki, ancaq pul göndərirəm, özüm getmirəm. Toylar da ki, hərdən olur".
Müğənni bu gün cəmiyyətdə onu narahat edən problemlərdən də danışıb və valideynlərə səslənib:
"Narkotiklə məşğul olanları ciddi cəzalandırmaq lazımdır. Hər gün xəbərləri oxuyuruq görürük bu adamlar həbs edilir, amma görünür bunlara dərs olmur. Mən burdan valideynlərə səslənmək istəyirəm. Övladlarını qorusunlar, gözləri onların üstündə olsun. Mən belə düşünürəm. Övladların valideynlərdən aldığı tərbiyənin cəmiyyətdə çox böyük rolu var. İndi zəmanə başqa cürdür".