Misirin Kina əyalətində iki ailə arasında baş vermiş dava nəticəsində azı on nəfər ölüb, yeddi nəfər yaralanıb.
“Masrawy” portalı xəbər verir ki, Əbu Hizam kəndində əs-Saadiyyə və əl-Avamer ailələri arasında atışma və silahlı toqquşmalarla nəticələnən mübahisə baş verib.
Mübahisəyə səbəb suvarma pompası olub. Nəticədə əs-Saadiyyə ailəsinin üzvü öldürülüb. Bundan sonra ölənin yaxınları əl-Avamer ailəsinin üzvlərinin içində olduğunu zənn etdikləri mikroavtobusa atəş açıblar. Mikroavtobusda digər şəxslər də olub.
Ölənlərdən ən böyüyünün 65, ən kiçiyinin isə səkkiz yaşı var imiş.