Axtarış...

Fermerlər narazıdır: "Monopoliyaya rəvac verilir” - NƏ ETMƏLİ?

Fermerlər narazıdır: "Monopoliyaya rəvac verilir” - NƏ ETMƏLİ?

Bərdədə əkin sahələrində yazlıq soğanın yığımı aparılsa da, məhsulun qiyməti olduqca ucuzdur. Soğanın sahələrdə 30-35 kiloqramlıq bir kisəsinin qiyməti 4-5 manat arasında dəyişir. Məhsulun bazarlarda pərakəndə satışı isə 20-25 qəpik arasındadır. Qiymət ucuz olsa da, məhsul sahələrdə qalıb. Təsərrüfat sahibləri deyirlər ki, bu il soğanın qiyməti ucuz olsa da, alıcı tapmaq çətindir. Soğan əkini ilə məşğul olan təsərrüfatçılar hesab edirlər ki, məhsulun ucuzlaşmasına səbəb onun xarici bazara çıxarılmamasıdır.

Xüsusilə də yanvar-fevral aylarında xarici ölkələrdən gətirilən soğanın Azərbaycan bazarına idxalı da bolluq yaradıb. Bundan başqa, sahələrdə yığımın eyni vaxtda kütləvi aparılması da qiymətə birbaşa təsir göstərib. Hazırda yığımı aparılan yazlıq soğanın qalma müddəti çox azdır. Bu səbəbdən də məhsulun ən qısa zamanda satışı həyata keçirilməlidir.

İqtisadçı-alim Nazim Bəydəmirli bu barədə “Sherg.az”a danışdı. O, mövcud neqativ halın səbəblərini açıqladı:

“Xarici ticarətimiz liberal bazar dəyərlərinə uyğundursa, onda başqa ölkədən hansısa məhsulun ölkəyə gəlişinə qadağa qoyula bilməz. Necə olur ki, gömrük rüsumu və nəqliyyat xərcləri də olduğu halda xaricdən gələn soğanın qiyməti yerli məhsuldan ucuz olur? Hər halda ucuz olmasa, bazara daxil ola bilməz. Məsələ ondan ibarətdir ki, maraqlar toqquşur. Gömrük orqanlarının səriştəsiz fəaliyyəti monopoliyaya rəvac verir. Statistika düzgün aparılmır. Ona görə də kompleks yanaşmaya ehtiyac var. Pərakəndəlik aradan qaldırılmalıdır. Müvafiq qurumlardakı rəhbər şəxslər isə qeyri-peşəkardırlar. İdarəçilik qaydasında deyil. Nəticədə belə hallar meydana çıxır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz