MilliiTV.az
Xəbər verdiyimiz kimi bu gün saat 11-də Operativ Qərargahın brifinqi var. Bugünkü brifinqdə karantin rejiminin uzadılması, iri ticarət mərkəzləri, "mallar"ın açılması və rayonlara gediş-gəlişlə bağlı qərarların verilməsi gözlənilir. Bu gün iri ticarət mərkəzlərin fəaliyyəti və rayonlara gediş-gəliş bərpa oluna bilərmi?
Sonxeber.az brifinqdə hansı qərarların veriləcəyi ilə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxlayıb.
Rəvanə Əliyeva bildirib ki, hansı qərarların veriləcəyi haqqında məlumatı yoxdur:
"Bilirsiniz ki, karantin rejimi ilə bağlı qərarlar, iri ticarət mərkəzlərinin açılıb-açılmaması və rayonlara gediş-gəlişlə bağlı qərarlar Operativ Qərargah tərəfindən verilir. Növbəti mərhələ üçün verilən qərarlar barəsində də Operativ Qərargah məlumat verəcək".