Axtarış...

Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur

Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur


Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanlar saxlanılıb. Onlardan biri general oğludur.

Polis əməkdaşları həmin şəxsləri saxlayıb. Məlum olub ki, həmin şəxslər Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyevadır.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Məlumata görə Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.

Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz