Axtarış...

Daha bir əlillin 130 manat müavinəti kəsildi: - "Yolpulu tapıb Bakıya da gələ bilmirəm..."

Daha bir əlillin 130 manat müavinəti kəsildi: - "Yolpulu tapıb Bakıya da gələ bilmirəm..."

"2007-ci ildən eşitməsini itirmiş (kar) II qrup əlil kimi qeydiyyatda idim. Sonuncu dəfə 2016-da komissiyadan keçib, 5 illik II qrup əlilik dərəcəsi ilə 130 manat müavinət alırdım. Yanvarda vaxt bitdi. Pandemiyaya görə yanvar ayında deyil, 5 fevralda komisiyadan keçdim. Sənədlərimi - Forma 88 ƏƏSMN-ə göndərildi. Lakin nazirlik 82 gün gözlətdikdən sonra imtina cavabı verdi".

Bu sözləri Mia.az-a göndərdiyi şikayət məktubunda Şəki şəhər sakini II qrup əlil Rəhimə Novruzəliyeva deyib.

O bildirib ki, Bakıda yerləşən Səhiyyə Nazirliyinin Eşitmə Səs və Nitq Mərkəzində və Respublika Klinik Xəstəxanasında (naziliyin imtina cavabında bir yer qeyd edilib, rayon xəstəxanası isə başqa yerə göndəriş məktubu yazıb) AUDİOMETRİYA müayinəsindən keçməlidir:

"Lakin mənə qarşı davam edən qərəzli münasibətdən dolayı yanımda jurnalist olmasını istəyirəm. Hər şeyi olduğu kimi çəkib, ehtiyac yaranarsa, ictimailəşdirmək üçün.

İllərdir Şəki İcra Hakimiyyəti, Şəki Bələdiyyəsi, Şəki Məşğuluq Mərkəzi, Rayon xəstəxanasının həkimləri və onların havadarları tərəfindən təqib olunmağım da öz yerində. Belə vəziyyətdə Bakıya gəlmək və geri qayıtmaq üçün yolpulu da yoxdur".

Sonda o, borc taparaq Bakıya gəlməyə çalışacağöını deyib və jurnalistlərdən onu müaynə zamanı tək qoymamağı xahiş edib.


Daha çox xəbər

Şərh yaz