Türkiyədə koronavirus pandemiyası səbəbindən elan edilən tam qapanma başlayıb.
“Haber Global”ın məlumatına görə, lokdaun yerli vaxtla saat 19:00-dan etibarən qüvvəyə minib.
Qərara əsasən, qapanma mayın 17-si saat 05:00-dək davam edəcək.
Bu müddət ərzində DİN tərəfindən xüsusi icazə verilən şəxslər istisna olmaqla, bütün ofislər, iş yerləri bağlanacaq. Şəhərlərarası səyahətlər yalnız icazə əsasında həyata keçiriləcək. İctimai nəqliyyat isə 50% gücü ilə çalışacaq.