AzTV-nin dünənki xəbərlərinin 16:00 buraxılışında tariximizin saxtalaşdırılması baş verib.
Belə ki, 1918-ci il ermənilərin Şamaxıda törətdiyi vəhşiliklərə aid reportajı səsləndirən Vəfa Ağabalayeva Azərbaycan Xalq Cumhuriyyətinə Xalq Cəbhəsi deyib:
“Təəssüf ki, Azərbaycan Xalq Cəbhəsi cəmi 23 ay fəaliyyət göstərdiyindən….”
Azərbaycanın teleradio məktəbi sayılan AzTV-də çalışanların ibtidai sinif savadı da yoxdur? Özünə jurnalist deyən Vəfa Ağabalayeva Əli Kərimlinin Xalq Cəbhəsi Partiyası ilə Azərbaycan Xalq Cumhuriyyətinin fərqini bilmir?
Xatırladaq ki, AXCP 1989-cu ildə yaradılıb. Rövşən Məmmədovun sədrlik etdiyi AzTV isə 103 il əvvəllə 32 il öncəni qarışdırır.
Həmin görüntüləri təqdim edirik:
AzTV Azərbaycanda ən çox müxbir, ən çox aparıcı və ən çox redaktoru olan yeganə kanaldır. Həmçinin, ən çox kobud və siyasi səhvləri efirə verən kanaldır. Dövlət kanalının buraxdığı kobud siyasi səhvlər bəzən dövlətin özünü çıxılmaz vəziyyətdə qoyur. AzTV-də son zamanlar gəncləşmə gedib, kadrların əksəriyyəti gənclərlə əvəzlənib. Amma gorunur AzTV rəhbərliyi anlamır ki, peşkəkar kadrları savadsız və bacarıqsız “gənc kadrlar”la (qohum-əqraba, dost-tanış ) əvəzləmək kifayət deyil. Dövlət televiziyasında baş verən bu cür olaylar düşmən dəyirmanına su tökməyə bərabər qəbahətdir…
//aztoday.az///