Axtarış...

Tovuzun icra başçısı İTTİHAM OLUNUR - NARAZILIQ!

Tovuzun icra başçısı İTTİHAM OLUNUR - NARAZILIQ!


Ordan başlayım ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Cahangir oğlu Məmmədov 07.06.2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Bundan əvvəl Tovuz Rayon İcra Hakimiyyətinin başçısı isə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Rəisi, General-Mayor Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalov idi. İnsafla danışsaq, Tofiq Zeynalovun İcra Hakimiyyətinin başçısı olduğu dövrdə kiçik narazılıqları çıxmaq şərti ilə, Məmməd Məmmədova qarşı olan narazılıqlar və iqtidarı gözdən salma, xalqın inamını dövlətə azalatma halları, korrupsiya, rüşvətxorluq,
Dövlət əmlakını özününküləşdirmə və s. kimi qanunsuz fəaliyyət halları olmamışdır.
***
...Məmməd Məmmədov Tovuz Rayon ərazisində bir "beton zavod", 2 Şadlıq sarayı, və restoranlar şəbəkəsi, meşə zonasında istirahət mərkəzi, bundan başqa, Mərkəzi Aran Rayonlarında kənd təsərrüfatının inkişafına dəstək adı altında ayrı-ayrı şəxslərin adına mmc-lər təsis etdirərək yeni qazanc ünvanı tapıb. Məsələn, araşdırmalarla öyrəndim ki, o, Ölkə Prezidenti Cənab İlham Əliyevin regionlarda kənd təsərrüfatı məsullarının bolluğunun yaradılması proqramının əksinə gedərək dövlət tərəfindən fermer və pay torpaq sahiblərinə dövlət tərəfindən əkinçiliyin inkişafı üçün ayrılmış birdəfəlik subsidiyaları (dərman preparatları, gübrə, mazut və sürtkü yağları və s. üçün) müxtəlif yollarla ələ keçirməkdədir.
Məmməd Məmmədov qanunsuz hərəkətlərini Tovuz Rayon ərazisindən başqa Yevlax, Ağstafa, İmişli, Beyləqan, Sabirabad və Saatlı Rayonları ərazilərində də geniş miqyasla həyata keçirmişdir. İcra Hakimiyyəti başçısının yüz hektarlarla torpaq sahələrini əldə etməsindən başqa Goranboy və Samux Rayonları ərazisində də ayrı-ayrı şəxslərin adına yüz hektarlarla torpaq sahələrini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahiblənməsinə nail olmuşdur.
Məmməd Məmmədovun Gəncə şəhərində fəaliyyət göstərən un dəyirmanları, Kürdəmir Rayonu ərazisində yem istehsal edən zavodu, Saatlı, Beyləqan, İmişli rayonları ərazisində hər birinin ərazisi iki yüz əlli kvadrat metrdən çox olan soyuducu anbarları vardır.
Bunu da qeyd etmək yerinə düşər ki, Məmməd Məmmədova məxsus olan ayrı-ayrı şəxslərin adına sənədləşdirdiyi mmc və fabrikalar dövlət vergisini ödəmir, İqtisadi İnkişaf Nazirliyinin serftikat və lisenziyasını almır və bundan başqa, dövlət içərsində dövlət kimi hərəkətlər etməkdədir.
Məmməd Məmmədovun qanunsuz hərəkətləri, dövlət əmlakını mənimsəməsi, əhalinin həssas hissəsi olan kənd əhalisini və fermerlərin haqqlarını ələ keçirməsi və dövlət başçısına, onun daxili siyasətinə zidd hərəkətlər etməsini analiz edərkən təəssüflənməmək mümkün deyil.
Bəs Məmməd Məmmədov bunları hansı qüvvələrə arxalanaraq edir? Tovuzlu fermerlerdən bir neçəsi ilə söhbət edərkən məlum oldu ki, onun əmisi Cahan Məmmədov Meliorasiya və Su Təsərüfatı Açıq Səhəmdar Cəmiyyətinin Aparat Rəhbəridir. Cahan Məmmədov isə 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi “Azəraqro”-Təchizat Mexanikləşdirmə Respublika İstehsalat Birliyinin sədr müavini olmuşdur.
Həmin vaxtlar onu vəzifəyə gətirən isə “İnterpol”un Azərbaycan bürosunun o vaxtkı rəisi və sabiq Baş Nazir Surət Hüseynovun adamları olmuşdur. 1993-2005-ci illərdə isə o, Azərabaycan Respublikası kənd təsərüfatı nazirinin müavini vəzifəsində çalışmışdır.
***
10 DEKABR 1961-Cİ İLDƏ TOVUZ RAYONUNUN DÖNÜK QIRIQLI KƏNDİNDƏ ANADAN OLMUŞ, AZƏRABYCAN KƏND TƏSƏRRÜFATININ CANINA QƏNIM KƏSİLMİŞ MƏMMƏD MƏMMƏDOV VƏ ONUN YAXINLARI, BUNDAN SONRA DA “AQROKİMYA” BİRLİYİNİN DİREKTORU, "BALACA" MƏMMƏDOV HANSI SƏBƏBƏ CƏNAB İLHAM ƏLİYEVİN DAXİLİ SİYASƏTİNİN ƏKSİNƏ GETMƏKLƏ ÖLKƏ PREZİDENTİNƏ, İQTİDARA "DÖNÜK" ÇIXMAQDADIR?
Məmməd Məmmədov "AQRO KİMYA" MMC-nin direktoru vəzifəsinə oğlu Məmmədov Rəhman Məmməd oğlunu təyin etdirməklə hər il yüz milyon manatlarla kənd təsərüfatı sahəsində mənimsəmələr etməklə dövlət əmlakını özününküləşdirir. Rəhman Məmmədov atası Məmməd Məmmədovun dəstəyi ilə dövlət əmlakını özününküləşdirmək yolu ilə onlarla qiyməti yüz min dollarla ölçülən avtomobil kolleksiyasına, turac və qırqovul saxlancına, bundan başqa, adı qırmızı kitabda olan vəhşi çöl heyvanları saxlancı tipli parka malikdir.
Qeyd edək ki, 2020-2021-ci illər üçün dövlət tərəfindən fermerlərə ayrılmış subsidyadan son bir ay ərzində Rəhman və Məmməd Məmmədovlar Tovuz rayonunda və Azərbaycanın digər regionlarında 4-milyon manatdan çox fermer kartları vasitəsi ilə dövlət əmlakını müxtəlif şəxslərin adına təsis etdirdikləri müəssisələr vasitəsi ilə mənimsəmişlər. Təsadüfi deyil ki, TOVUZ RAYONUNDA MƏMMƏD MƏMMƏDOVU TANIYANLAR ONA "KÜBRƏ MAMED" ADI VERMİŞLƏR.
Mürşüd Mirzəyev,
(İmişli Rayonu) //tezadlar.az//
0
Text-to-Speech

DİNLƏ






Şərh yaz