Ermənistan bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə itkin düşən hərbçilərinin cəsədlərinin axtarışını davam etdirəcək.
Bu barədə yerli mediaya axtarışı həyata keçirəcək aidiyyəti qurumlardan məlumat verilib. Qeyd edilir ki, martın 23-də təşkil olunacaq hərbi əməliyyatlar zamanı ölən və itkin düşən hərbçilərin xüsusi axtarış tədbirləri Hadrut qəsəbəsi istiqamətində həyata keçiriləcək.
Xatırladaq ki, müharibədən sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə tapılan cəsəd qalıqlarının ümumi sayı 1518-ə çatıb.