44 günlük Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Bununla bağlı məlumat sosial şəbəkədə yayımlanıb.
Bildirilib ki, Quba rayonu 2-ci Nügədi kəndindən olan baş leytenant Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid xəbəri gəlib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.