Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 240 671 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 231 061 nəfər müalicə olunaraq sağalıb, 3 286 nəfər vəfat edib, aktiv xəstə sayı 6324 nəfərdir.
Ölkədə son sutka ərzində 5891, hazırkı dövrədək isə 2 716 017 test aparılıb.