Axtarış...

Sabiq məmurların həbsi davam edəcək? – “Xalq korrupsionerlərin həbsini alqışlayır”

Sabiq məmurların həbsi davam edəcək? – “Xalq korrupsionerlərin həbsini alqışlayır”
Son zamanlar sabiq məmurların, nazirlərin silsilə həbs xəbərləri ilə qarşılaşırıq. Ümumiyyətlə hazırda belə bir tendensiya yaranıb ki, məmur mütləq yeyinti edir, işindən azad edilirsə, həbs olunacaq, məsuliyyətə cəlb ediləcək. Elə ötən gün Naxçıvan Muxtar Respublikasının sabiq Təhsil naziri Məmməd Qəribovun saxlanılması buna nümunədir. Eks nazirin külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunduğu bildirilir.

Düzdür, dünya təcrübəsində də bu cür hallarla rastlaşa bilirik. Lakin Azərbaycanda məmurlarla bağlı formalaşan mənfi düşüncə geniş yayılıb. Maraqlıdır, bu stereotipi necə qırmaq olar?

Politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında bildirib ki, sabiq məmurlar konkret kriminal hərəkətlərinə, cinayətlərinə görə həbs edilirlər: "Ölkədə dövlət başçısının təşəbbüsü ilə prinsipial təmizlənmə xətti yürüdülür. Həmin adamlar da vaxtilə törətdiyi əməllərə görə cavab vermək məcburiyyətindədirlər. Ölkənin istintaq orqanları, ədliyyə sistemi var. Əgər onların günahı təsdiq olunmayacaqsa, azad ediləcəklər. Amma hesab edirəm ki, həbs olunanlar haqda kifayət cinayət tərkibi yaradan materiallar toplanıb ki, həbs edilirlər”.

Müsahibimiz sabiq məmurların silsilə həbsinin heç kimin işinə kölgə salmadığını deyib:

"Yəni, işini düzgün aparan, millətinə, vətəninə xidmət edən məmurlar nədənsə çəkinmədən, qorxmadan işinə davam etməlidirlər. Əsas məsələ odur ki, bu, ictimai rəydə pozitiv rezonans doğurur. Xalq bu məsələlərdən razı qalır və görürlər ki, ölkədə korrupsiyaya, rüşvətxorluğa, öz işindən sui-istifadə edənlərə qarşı mübarizə aparılır. Bunun nəyi pisdir? Biz müharibədən çıxmışıq, ermənilər bizə böyük , dağıdıcı miras qoyub gediblər. Bunların hamısını bərpa etmək lazımdır. Ona görə də dövlət mexanizmi, dövlət məmuriyyətini elə tərbiyə etməliyik ki, onlar işlərində əyintilərə yol verməsinlər. Həmçinin işlərinin öhdəsindən vicdanla gəlsinlər. Dövləti talan etmək olmaz”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz