Təhsil şirkəti kimi fəaliyyət göstərən “EDU Gallery” Türkiyə və Qazağıstan vətəndaşı Şamil Həmzəyevə qarşı dələduzluq edib.
Millitv.az 24saat.org-a istinadla xəbər verir ki, şirkətin rəhbəri Firudin Cavadov Şamil Həmzəyevdən xidmət və konsultasiya adı altında 5000 dollar alaraq onu Türkiyədə fəaliyyət göstərən Uludağ Universitetinin Stamotologiya fakültəsinə qəbul etdirəcəyinə dair qanuni təmsilçi kimi öhdəlik götürüb. Bununla bağlı Şamil Həmzəyevlə şirkət arasında qüvvəyə minmiş müqavilə də imzalanıb.
Edu Galleri Firudin Cavadov
Həmzəyevlər ailəsi tərəfindən həmin müqavilənin sürəti redaksiyamıza təqdim olunub. Lakin bu sənədə baxmayaraq “EDU Galerry” üzərinə düşən öhdəliyi yerinə yetirmir. Şamil Həmzəyev isə Türkiyənin Bursa şəhərində kirayə qalaraq hələ də universitetə qəbul olunacağını gözləyir.
Şikayətçi bildir ki, dəfələrlə Firudin Cavadova müraciət etsələr də, nəticə olmayıb. O, uzun aylar boyu müxtəlif bəhanələrlə prosesi mümkün olduğu qədər uzadıb. Əvvəlcə o bildirib ki, pandemiya olduğundan qəbul payız aylarında olmacaq. Daha sonra isə o, Qarabağ müharibəsini bəhanə edərək döyüşdə olduğunu bildirib. Lakin iddiaçı bildirir ki, onun “müharibədəyəm” dediyi ərəfədə Bakıda görüblər. Hətta dəfələrlə telefon zənglərinə cavab verərək şikayətçinin səsini tanıdıqdan sonra “mən əkiz qardaşıyam, üzümüz də, səsimiz də oxşayır” deyib.
Həmzəyev “24 saat”a bildirib ki, Firudin Cavadov işi qəsədən o yerə qədər uzadıb ki, biz pulumuzu geri istəyək.
“Belə də oldu. Dekabr ayında biz pulumuzu geri tələb etdik. Lakin bu dəfə də o bildirdi ki, siz bu istəyinizlə yaxınlaşan qəbul imtahanına girməkdən imtina edirsiniz. Bu isə o deməkdir ki, müqavilənin şərtini pozursunuz. Belə olan təqdirdə sizə geri pul qayıtmayacaq.”
Lakin iddiaçı bildirir ki, artıq Firudun bəyə inamları qalmadığından dərhal Uluğad Universiteti ilə əlaqə saxlayıb müəyyən ediblər ki, nə adları hansısa siyahıda var, nə də qabaqda hansısa qəbul imtahanı…
Yeri gəlmişkən, Firudin Cavadov 2018-ci ildə sosial şəbəkə hesabından ona şər atıldığını, heç kimi dələduqluq yolu ilə aldatmadığını bildirən yazı paylaşıb ki, bu paylaşımın özü də “qəhrəmanımızın” ilk dəfə belə ittihamların hədəfi olmadığını sübut edir.
Hər halda bununla bağlı çoxsaylı faktlar var. Özü də hansısa səbəbdən Fürudin Cavadovun “qəbul işləri” qaydasında getmir. Yəni, bunun üçün pul verənlər tələbə adını qazanmaq sevincini borca düşmək aldadılma acısı ilə əvəzləməli olurlar. Əldə etdiyimiz məlumatlara görə, bütün bunlara rəğmən Firudin Cavadovun arxayın şəkildə fəaliyyətinin davam etdirməsi təsadüfi deyil. Bildirilir ki, ona bu işdə Londonla ciddi əlaqələri olan, hətta neft biznesinə qədər əli uzana Namiq Həsənov adlı şəxs dəstək verir. Şikayətçi bildirib ki, Namiq Həsənov Firudin Cavadova həm maddi dəstək verie, həm də onun polis və ya digər qurumlarla olan münasibətlərini tənzimləyir.
Edu Galleri Firudin Cavadov
Soldan sağa doğru- Namiq Həsənov və Firudin Cavadov
Məsələ ilə bağlı Firudin Cavadov “24 saat”a bildirib ki, iddiaçı ilə arasında həqiqətən də müqavilə imzalanıb. Pandemiya və Qarabağ savaşında iştirakı səbəbindən proses uzansa da, son anda şikayətçi tərəf müqavilə şərtini pozaraq imtahanda iştirak etməkdən imtina edib.
Firudin Cavadov “Edu Galleri”nin açılışı edir (arxada Namiq Həsənov)
Bundan əlavə F. Cavadov bildirib ki, qarşı tərəf onun əməlindən Binəqədi Rayon Polis İdarəsinə şikayət edib. hazırda iş araşdırılır.