Axtarış...

Səndə hardandır bu qədər pul?.. - İTTİHAM

Səndə hardandır bu qədər pul?.. - İTTİHAM


“35 yaşlı icra başçısının xanımı 350 minlik avtomobil idarə edir” başlıqlı ötən yazımızda Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovun bahalı avtomobilindən bəhs etmişdik .
Gundelik-baku.com-un ötən saylarında xəbər verdiyimiz kimi dəyəri 350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı GMC Yukon Denali markalı avtomobil icra başçısının qardaşı Vasif Orucovun adına sənədləşdirilib.
Ancaq avtomobili başçının həyat yoldaşı Çeşmə xanım idarə edir. Çeşmə xanım Maştağa qəsəbəsində bağça müdirəsidir. Və Maştağa sakinləri ilə aralarında narazılıq var.
Yazı oxucular tərəfindən maraqla qarşılanıb və ciddi komentlər və suallar gəlib.
Görəsən, 35 yaşlı icra başçısı dəyəri 350 min olan xarici avtomobili hansı pulla alıb ?
Hələ avtomobil harasıdır ?
Cənab icra başçısının Elmlər Akademiyası ərazisində neçə mənzili var ?
Bəs Novxanı ərazisində bağ evinin dəyəri neçə yüz min, bəlkə də neçə milyon olar..?
Yaxşı tutaq ki, 350 minlik avtomobili icra başçısının qaynatası, Narxozun keçmiş rektoru Şəmsəddin Hacıyev bağışlayıb.
Bəs mənzilləri, bağ evini kim bağışlayıb ?
Bəlkə cənab başçının dayısı Həmkarların sədri Səttar Möhbalıyev hədiyyə edib ?
Hər yerdə filankəsin kürəkəni, filankəsin bacısı oğluyam deməklə deyil e…
Cənab Prezident gəncləri vəzifəyə təyin edəndə dedi ki, sizə etimad göstərirəm, etimadı doğrultmasanız, işdən çıxardacam.
Deyəsən Seymur Orucovun etimad limiti tükənmək üzrədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz