Axtarış...

“Paşinyanın atəş əmri verməyə cürəti çatmaz” – Müxalifət lideri baş nazirə meydan oxudu

“Paşinyanın atəş əmri verməyə cürəti çatmaz” – Müxalifət lideri baş nazirə meydan oxudu
"Paşinyan hakimiyyətinin buna cürəti çatmaz”.

Ermənistan müxalifətinin baş nazir postuna namizədi Vazgen Manukyan jurnalistlərə verdiyi müsahibədə hakim partiyadan olan millət vəkili, komissiya rəhbəri Andranik Köçəryanın "müxalifət binaları ələ keçirməyə niyyətlidirsə, hakimiyyətin atəş açmaq hüququna malik olduğunu da gözə almalıdır” bəyanatına reaksiyası belə olub.

"O (Paşinyan - red.) hakimiyyəti əlində saxlamaq üçün bu addım barədə düşünür. Amma bunu bacarmaz, bunu etməyə cürəti çatmaz”,- deyə Vazgen Manukyan bildirib.

Bəyanatına cavab olaraq cinayət işinin açılmasına münasibət bildirən Manukyan qeyd edib ki, bu cür halla qarşılaşdığı ilk dəfə deyil. "Təbii ki, hazırkı iqtidar bu addımı atmalı idi" ,-deyə Vazgen Manukyan vurğulayıb.

Mənbə: News.am //Sfera.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz