Axtarış...

Əhməd Əhmədzadənin sevimli şirkəti – “Sevinc-96” ASC sədri üçün niyə qiymətlidir?

Əhməd Əhmədzadənin sevimli şirkəti – “Sevinc-96” ASC sədri üçün niyə qiymətlidir?



Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən Salyan Suvarma Sistemləri İdarəsi toplam maliyyə dəyəri 40 008.79 AZN təşkil edən iki müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, müqavilələrdən biri “Sevinc-96” MMC, digəri isə fiziki şəxs Zahir Zabit oğlu Baxışovla bağlanıb. “Sevinc-96” MMC 29 998.79 AZN müqabilində elektrik mühərriklərinin əsaslı təmirini həyata keçirməlidir. Zahir Baxışov isə qurumu dəftərxana ləvazimatları ilə təmin etəməlidir. Buna görə Salyan Suvarma Sistemləri İdarəsi ona 10 010 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Sevinc-96” MMC 31 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxıyevdir.

Bu şirkət təxminən bir həftə əvvəl Füzuli Suvarma Sistemləri İdarəsinin 30 milyonluq tenderinin qalibi olub. Ümumiyyətlə, “Sevinc-96” MMC sanki suvarma sistemləri idarəsinin tenderlərinin qalibi kimi ixtisaslaşıb. Bu da təsadüfi deyil.

Mətbuatda yayılan məlumatlara görə, “Sevinc 96” MMC-nin əsl sahibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə yaxın şəxs hesab edilir. Rəsmi sənədlərdə MMC-nin sahibi kimi Yusuf Haxıyevin adı qeyd olunsa da, əslində şirkətin iş adamı Qurban Abbasova məxsusdur. “Sevinc-96” MMC adıçəkilən iş adamının şirkətlərindən sadəcə biridir.

İddialara görə, “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-lər də adıçəkilən iş adamına məxsusdur. İllik dövriyyəsinin 50 milyon manat civarında olduğu bildirilərn bu şirkətlərin vergidən yayındığı barədə iddialar var. Bu tip şirkətlərdən adətən şübhəli tenderlərdə istifadə olunur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçirdiyi tenderlərin də şəffaflığı daim şübhə altında olub.

Salyan Suvarma Sistemləri İdarəsini 10 min manatlıq dəftərxana ləvazimatları ilə təmin edəcək Zahir Baxışov haqqında isə açıq mənbələrdə hər hansı məlumat yoxdur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz