Daxili İşlər Nazirliyinə yeni idarə rəisi təyin edilib.
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.
Nazirliyin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir neçə gün əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.