Axtarış...

2021-ci ildə inflyasiya neçə faiz olacaq? - AÇIQLAMA

2021-ci ildə inflyasiya neçə faiz olacaq? - AÇIQLAMA



“2021-ci ildə inflyasiya səviyyəsinin 4±2 faiz səviyyəsində olacağını proqnozlaşdırırıq”.

Bu haqda Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, inflyasiya ilə bağlı proqnozların hazırlanması zamanı başlıca ərzaq və qeyri-ərzaq məhsulları üzrə alternativ monitorinqlər aparılır və proqnozlar zamanı bu monitorinqlərin də nəticələrindən istifadə edilir.

Yanacaq qiymətlərindəki artımın ümumi inflyasiya səviyyəsinə təsirindən də danışan Mərkəzi Bankın sədri proqnozlar zamanı bir sıra artırıcı və azaldıcı amillərin də nəzərə alındığını bildirib:

“Yanacaq qiymətlərinin artmasının inflyasiya səviyyəsinə təsirini minimal qiymətləndiririk. Çünki Azərbaycan hökuməti bununla bağlı bir sıra kompensasiya tədbirləri həyata keçirib. Tariflərin artımından dolayı bu tədbirlərinin həyata keçirilməsi ümumi qiymətlərə olan təsiri yumşaltmaq amili kimi qiymətləndirilir”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz