"KapitalBank”ın Mingəçevir filialı Vətən müharibəsinin iştirakçısı, hazırda da Qarabağda xidmətini davam etdirən döyüşçünün ailəsini çətin vəziyyətə salıb.
Mingəçevir şəhər sakini, 6 №-li tam orta məktəbin müəllimi, 2-ci Qarabağ döyüşlərinin iştirakıçısı və hazırda xidmətini davam etdirən Raqib Musayevin məktəbdən ona ödənilən maaşının 315 manatı bank tərəfindən tutulur.
Məlumat üçün bildirək ki, 3 azyaşlı uşaq atası Raqib Musayev döyüşə getməzdən öncə Həqiqi Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsindən müharibəyə getməsi haqqında arayış alıb və onu banka təqdim edib ki, o döyüşlərdə iştirak edən müddətdə onun əmək haqqısı kredit ödənişinə tutulmasın və ona xidmətdən təxris olunan kimi möhlət verilisin. "KapitalBank”ın Mingəçevir filialı tərəfindən arayışı qəbul edilib və bildiriblər ki,narahat olma,nəzərə alacağıq(müəllim götürdüyü kreditin bir ilini ödəyib).
Ancaq "sən saydığını say, gör "KapitalBank” nə sayır”. Belə ki, elə ilk aydan bank utanmadan öz qazancını güdüb və döyüşçünün ailəsnin boğazından kəsərək evinə daxil olan yeganə qazancı kredit ödənişinə tutub. Bununla bağlı redaksiya olaraq noyabrın 11-də Mingəçevir İcra Hakimiyyəti başçsının Sosial-iqtisadi məsələlər üzrə müavini məlumatlandırdıq. O da öz növbəsində bildirdi ki, əsgər-döyüşçü ailəsinə hər birimiz sayğı ilə yanaşmağa borcluyuq və mövcud problemi nəzarətə götürüb,həllinə nail olacağıq.Amma olmadılar…
Daha sonra isə Raqib Musayevin ailəsi Mingəçevir İcra Hakimiyyəti başçsının İlham İsmayılovun adına məktubla rəsmi müraciət edib. Yenə də dəyişən heç olmayıb.İcra başçısı digər qurumlara söz deyə bilmədiyi kimi, deyəsən, "KapitalBank”ın Mingəçevir filialında da eşidilməyib.
Nəticə isə göz önündədir…Artıq 3 aydır ki,”KapitalBank”ın Mingəçevir filialı öz bildiyini edir. Bir günə yüz minlər qazanan bankın Azərbaycan əsgərinə, döyüşçü ailəsinə olan münasibətinin bir adı var-erməni xislətli pul hərisliyi…
Məlumat üçün qeyd edək ki, 6№-li tam orta məktəbin direktoru və kollektivi döyüşçünün ailəsini ziyarət edib,övladlarına sovaqt aparıb. Eyni zamanda məktəbin direktoru "KapitalBank”ın Mingəçevir filialına xahiş edib ki, müvəqqəti olaraq kredit ödənişini dondursunlar. Raqib Musayev xidmətini başa vurub qayıdandan sonra ödənişləri həyata keçirəcək. Ancaq yenə də bank öz vicdansız addımlarını davam etdirib və etdirməkdədir…
Maraqlıdır, Mingəçevirdə fəaliyyət göstərən və baş idarələrə bağlı olan qurumlar həqiqətənmi öz istədikləri kimi davrana bilər? Əgər onlar prezidentin yerdəki səlahiyyətli nümayəndəsi ilə hesablaşmayacaqlarsa, onda icra strukturu kimə lazımdır?
Azərbaycandakı bütün kreslo sevgili olanlar, milyonları uf demədən qazananlar bir həqiqəti unutmasınlar ki,onlar kasıb ailələrdən olan bu döyüşçülərin, qanı,canı hesabına komforta yaşayış əldə ediblər. Heç olmasa,azca vicdanınız, milli qeyrətiniz varsa, müvəqqəti də olsa,mövsümi də olsa kişilik edin…
P.S. Bu o,”KapitalBank”ın Mingəçevir filialıdır ki, müharibə dönəmində Ali Baş komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır! posterini öz binalarının çöl hissəsinə vurmağa qoymamışdı… //Kanal32.az//