MilliTV.az
Ermənilər ötən axşam Laçından Qarabağa hərbçiləri aparmaq istəyiblər.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ''Facebook'' səhifəsində məlumat yayıb.
Laçın dəhlizi ancaq mülki şəxslər üçün nəzərdə tutulub.
Ermənistan Müdafiə Nazirliyinin 3 avtobusu Gorusdakı "Sünik" restoranının qarşısında qalıb. Azərbaycan sərhədçiləri avtobusları Laçın dəhlizinə buraxmayıblar.
Ermənistanın Müdafiə Nazirliyi rusiyalı sülhməramlılara müraciət etsə də, aldıqları cavab "Bu məsələ ilə məşğul olmaq səlahiyyətimiz yoxdur" olub.