Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusa yoluxub.
Millitv.az-ın Unikal.org-a istinadən məlumatına görə, 2003-cü ildə açıq ürək əməliyyatı keçirən hakimin indiki vəziyyətinin kritik ağır olduğu bildirilir.
Qeyd edək ki, İnqilab Nəsirov 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.
2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.