Axtarış...

Milli Məclisin deputatları yenidən tətilə çıxdılar


MilliTV.az

Azərbaycan parlamentinin deputatları yenidən məzuniyyətə gediblər.

“Report” xəbər verir ki, parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətdə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qeyd edək ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb etmişdi. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalamışdı.

Bununla da qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı.

Növbədənkənar sessiya isə bu gün bitdiyindən deputatlar yenidən məzuniyyətə çıxıblar.

Qeyd edək ki, Milli Məclisin deputatları iyulun 15-də məzuniyyətə çıxmışdılar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz