Axtarış...

Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi


Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.

Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq, komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq, yaşadığınız ünvanlara qayıdasız.

Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın”.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz