Bu gün Azərbaycanın hər bir vətəndaşı 28 il yaşadığı böyük bir acını sevinclə əvəz edir.1992 - ci ilin may ayında dünyadakı havadarlarının köməkliyi ilə Azərbaycanın alınmaz qalalarından biri olan Şuşa şəhərini ələ keçirən erməni hərbi birləşmələri Dağlıq Qarabağdakı üstünlüyü ələ alaraq sonradan bir çox ərazilərimizidə ələ keçirməyə müvəffəq oldular.
28 illik açı həsrət həmişə bizlərin üzündə o dövrü yaşamış hər bir Azərbaycanlının simasında hiss olunacaq dərəcədə nəzərə çarpırdı. Bu acı həstətlə yaşayan istər qarabağlı , İstər şirvanlı , istər cənublu , istər şimallı , istər aranlı olsun hər bir Azərbaycanlının daxilindəkili niskili ona rahatlıq vermirdi. Bu narahatlıq düz 28 il idi ki, davam edirdi. Ancaq insanlarda heç bir zaman ümüd sönməmişdi, həmişə insanlar keçirilən tədbirlərdə əllərini göyə qaldırıb Uca Allaha bir gün itirilmiş torpaqların geri qaytarılması üçün dualar edir, tez bir zananda məcburi köçkünlərin ata baba yurduna qaytmasını arzulayırdılar.
Bəli bu gün o gündür ki, Uca Allahın Azərbaycan xalqının səsini eşitdiyi gündür. Bu gün 28 illik həsrətə son qoyuldu Azərbaycan xlqı üçün müqqəddəs olan Qarabağın əsrarəngiz guşəsi olan Şuşa şəhəri öz sahibinə geri döndü. Artıq Dağlıq Qarabağın vuran və döyünən ürəyi tam sahibindədir. Bu işdə Azərbaycanın rəşadətli ordusunun, Müzəffər Ali Baş komandan İlham Əliyevin qarşısında baş əyərək göstərdikləri əvəz olunmaz və misilsiz şücaitə görə dərin təşəkkürümü bildirirəm.
Artıq Bu gündən Şuşa şəhəridə digər düşmən tapdağından azad olunan şəhər və kəndlərimiz kimi Azərbaycan əsgərlərinin qorunması altındadır. Bu xalqımızın qələbəsidir , Bu dövlətmizin qələbəsidir ,Bu ordumuzun qələbəsidir ,Bu müzəffər ali baş komandan İlham Əliyevin qələbəsidir.
Bu gündən başlayaraq ermənilər artıq tam anlamağa başladılar ki, yad torpağda, yad eldə uzun illər yaşamaq olar amma əbədi yaşamaq olmaz bir daha subut olundu ki , haqq incələr amma qırılmaz. Həqiqətəndə bu gün haqqın zəfər çaldığı gündür. Bir daha ermənilər anladılar ki,bu gün onlar üçün Qarabağın bitdiyi gündür.
Bu günü coşqu və sevinclə qeyd edən hər bir Azərbaycanlı uşaqdan - böyüyə yaşadıqları bu günü ömürlərinin ən gözəl səyfələrinə həkk edirlər.İnsanlarda olan bu sevinc əvəz olunmazdır. Bu gün hər birimizin üzündəki sevinc və sevinc göz yaşları yaşadığımız ömrün qızıl həriflərlə yazıldığı gündür əziz xalqım bu gün münasibəti ilə hər birinizi təbrik edir və bu günü bizlərə yaşadanlarada Uca Allahdan da güc və qüvvət arzulayıram.
Bizim hələ bir neçə yaşayış ərazilərimiz düşmən tapdağındadır inanırıq ki ,yaxın günlərdə düşmən tapdağı altında olan bütün torpaqlarımız tam azd olunaraq ölkəmizin 86,6 min kvadrat kilometirlik ərazisi dövlətimizin tam nəzrəti altında faliyyət göstərəcəkdir.
Yeni qələbə xəbərləri ilə Azərbaycan xalqını bir daha təbrik edirəm.Media Məlumat Mərkəzinin
Baş redaktoru Rövşən Qasımov