Ukraynanın Xarkov şəhərində Azərbaycanın Fəxri konsulluğunun binası atəşə tutulub.
Bunu fəxri konsul Əfqan Salmanov bildirib.
Qeyd olunur ki, hadisə gecə 02:30 radələrində baş verib. İki naməlum şəxs binaya altı dəfə atəş açıb.
Həmin vaxt konsulluqda heç kim olmayıb. Hadisə binanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Qeyd edək ki, oktyabrın 25-də Estoniyanın paytaxt Tallində maskalı naməlum şəxs İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.
İnsidentlərlə bağlı araşdırma aparılır.