Axtarış...

Çexiyada fövqəladə vəziyyət bərpa edilib


MilliTV.az

Altı aylıq fasilədən sonra Çexiyada yeni növ koronavirusun yayılması səbəbindən bu gün fövqəladə vəziyyət bərpa edilib.

“Report” xəbər verir ki, fövqəladə vəziyyət rejimi 30 gün davam edəcək.

Eyni zamanda, ölkədə bazar ertəsindən açıq havada kütləvi tədbirlərdə iştirak edənlərin sayı 20 nəfərdən çox olmamalıdır. Qapalı məkanlarda bu rəqəm 10 olacaq. Dövlət və bələdiyyə orqanlarının iclaslarında, habelə məhkəmə proseslərində iştirak edənlər üçün say məhdudiyyəti istisna edilib. Sanitariya və gigiyena standartlarına riayət edilərək bu tədbirlərdə eyni vaxtda 100 nəfərədək şəxs iştirak edə bilər.

Koronavirus infeksiyasının ən çox yayıldığı ərazilərdə bazar ertəsi günündən etibarən məktəblər iki həftəlik bağlanacaq. Bu gündən etibarən futbol və xokkey oyunları azarkeşsiz keçiriləcək. Opera tamaşalarına isə müvəqqəti qadağa qoyulacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz