Axtarış...

Gəncəyə və Mingəçevirə hansı raketlərdən atəş açılıb? - AÇIQLAMA



Ermənistan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən Gəncə və Mingəçevir şəhərlərinin yaşayış məntəqələrinə raket atması birbaşa hərbi cinayətdir.

Bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

O qeyd edib ki, həmin raketlər reaktiv atəş yaylım sistemi olan Smerçdən atılıb: "Bunlar kassetli bombalarıdır. Sadəcə olaraq bəziləri açılmayıb. Ermənistan bu hərəkəti ilə Azərbaycanı total müharibəyə sürükləyir. Prosesin davamı olaraq Azərbaycan həmin raketlərin atəş nöqtəsini məhv etməlidir. Artıq bu proses başlayıb. Azərbaycan həmin raket atılan atəş nöqtələrini darmadağın etməyi nəzərdə tutub. Bütün bunlar Azərbaycan Ordusunun Dağlıq Qarabağ ərazisində həyata keçirdiyi uğurlu əməliyyatlara görədir. Bu əməliyyatlar bir birinin ardınca qələbə ilə yekunlaşdığından Ermənistan artıq prosesi idarə edə bilmək bacarığını itirdiyindən bu üsula əl atır. Bir birinin ardınca mövqelərini itirən Ermənistan mülki əhalini hədəf almaqla Azərbaycan Ordusunun hərbi əməliyyatlarını dayandıracağını düşünür. Amma Azərbaycan Silahlı Qüvvələri prosesi davam etdirərək Ermənistan ordusuna çox ciddi zərbələr vuracaq".

Ekspert bildirib ki Ermənistan ordusunun atəş mövqeləri artıq bəllidir: "Ermənilərin atəş nöqtələri artıq darmadağın edilir. Ermənistan rəhbərliyi Gəncə və Mingəçeviri hədəf almaqla Azərbaycan Ordusunun qarşısını almağı düşünsə də bu mümkün deyil. Ermənistanın atdığı raketlər 40 kilometrdən 120 kilometrə qədər məsafədə hədəfi vurmağa hesablanıb. Bu silahdan istifadə etmək beynəlxalq konvensiyalara ziddir. Əgər Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki əhalisini hədəfə almağa davam edərsə, Azərbaycan Ordusu həmin istiqamətlər üzrə genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz