Axtarış...

Millət vəkili: “Cəbhə bölgələrində yaşayan əhaliyə müəyyən güzəştlər edilməlidir”


MilliTV.az

“Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında mllət vəkili Məlahət İbrahimqızı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Bakının Nəsimi rayonunda yeni tikilən binalar bir-birinə çox yaxındır: “Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu, tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi rayon İcra hakimiyyətinə, Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm”.

Millət vəkili çıxışında cəbhə bölgələrində yaşayan əhaliyə müəyyən güzəştlər edilməli olduğunu da vurğulayıb: "Artıq 30 ilə yaxın müddətdir ki, ölkəmiz məcburi cəlb edildiyimiz müharibə vəziyyətində yaşayırıq: “Bu mənada respublikamızın işğalçı Ermənistanla sərhəd bölgələrində yaşayan əhalimiz hər an təhlükə vəziyyətində yaşayırlar. Bununla bərabər təcavüzkar Ermənistanın vaxtaşırı atəşkəs rejimini pozması və ağır artilleriyadan atəş açması nəticəsində cəbhə bölgəsində yaşayan əhaliyə çox böyük ziyan dəyir. Buna görə də bəzən cəbhə bölgəsində yaşayan sakinlər yaşadıqları ərazini tərk etmək məcburiyyətində qalır. Bunları nəzərə alaraq, cəbhə bölgəsində daimi yaşayan insanlara hansı formada müəyyən güzəştlərin verilməsi çox yaxşı olardı. Bu gün bu problem aktualdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz